•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Sony'nin Xperia 5 adlı smartfonunun fotosu ortaya çıxdı

Sony şirkətinin IFA 2019 sərgisindəki təqdimatına az müddət qalmış internetdə şirkətin həmin təqdimat tədbirinə hazırlıq prosesindən foto yayılıb. Ortaya çıxmış foto Sony şirkətinin yeni smartfon modelinin dizaynını və adını əks etdirib. Yeni smartfon modeli Xperia seriyasının ən kompakt modeli olacaq. Bu barədə Androidauthority saytı xəbər verib.

Shefeq.az technote.az-a istinadən bildirir ki, şirkətin yeni smartfonu Xperia 5 adını əldə edəcək. Halbuki daha öncəki məlumat sızıntılarında qeyd olunmuşdu ki, smartfon Xperia 2 adlanacaq. Məlumata əsasən yeni Xperia modeli 21:9 nisbətli 6.1 düym ekran ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin əvvəlində təqdim edilmiş Xperia 1 modeli 6.5 düym ekrana sahibdir.

    Məlumat sızıntısında qeyd edilib ki, smartfon HDR dəstəkli OLED ekran əldə edəcək və Dolby Atmos texnologiyasını dəstəkləyəcək. Güman olunur ki, smartfonu artıq gələn həftədən ön sifariş etmək mümkün olacaq. Satışların isə oktyabr ayında başlayacağı gözlənilir. Bir neçə müddət bundan öncə məşhur insayder Roland Quandt da təsdiqləmişdi ki, Sony şirkətinin yeni smartfonu 6.1 düym ölçülü ekrana sahib olacaq. 

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube