» » Azərbaycanda Facebook istifadəçilərinin sayı açıqlandı

Texno

Azərbaycanda Facebook istifadəçilərinin sayı açıqlandı

Azərbaycanda Facebook istifadəçilərinin sayı 2,3 milyona çatıb


Shefeq.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin ölkələr üzrə istifadəçi sayı barədə statistikasında məlumat verilir. 

“GlobalStats” şirkətinin təqdim etdiyi məlumatlara görə isə Facebook Azərbaycanda ən böyük paya sahib sosial şəbəkədir. 2015-ci ilin dekabrı ilə müqayisədə 2016-cı ilin sonuna ölkədə Facebook istifadəçilərinin sayı 19,95% artıb. 

Bu sosial şəbəkənin Azərbaycanda əhatəsi 91,55%-ə bərabərdir. İkinci yerdə 2,77%-lə Twitter, üçüncü pillədə isə 1,86%-lə Vkontakte sosial şəbəkəsi dayanır.

Azərbaycanda digər sosial şəbəkələr üzrə də artım qeyd alınıb. Belə ki, 2015-ci ilin dekabrı ilə müqayisədə ötən ilin sonuna Azərbaycanda YouTube-un payı 5% yüksəlib. Həmçinin Linkedin platformasının ölkədə əhatəsi artaraq 1,50%-ə yaxınlaşıb.

Qeyd edək ki, ölkədə mobil cihazlardan istifadə yüksəlməkdə davam edir. 2015-ci ilin dekabrında kompyuterlərin payı 50,6%, mobil cihazların payı 49,4% olduğu halda, 2016-cı ilin dekabrında bu göstəricilər müvafiq olaraq 45,55 və 54,44% təşkil edib.

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa