•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Elektron ticarət bazarının dövriyyəsi 29 trilyon dollara çatıb

2017-ci ildə qlobal elektron ticarət bazarının həcmi 13% yüksələrək dövriyyəsi 29 trilyon dollar təşkil edib. Bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) ekspertləri məlumat veriblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, müvafiq olaraq onlayn alıcıların sayı 12% yüksəlib. Planetin əhalisinin 25%-i (1,3 milyard nəfər) internet üzərindən alış-veriş edir.
 
İnternet istehlakçılarının əksəriyyəti məhsul və xidmətləri öz ölkələri daxilində satın alır. Lakin xaricdən məhsul sifariş edənlərin sayı 21%-dək artıb.
 
"Yeni göstəricilər elektron ticarətin bir çox imkanlar yaratmasına sübutdur - "UNCTAD"ın direktoru Mukişa Kitui deyib.".
 
Son 2 ildə elektron ticarət üzrə liderlərin mövqeyi dəyişməyib. İlk üç pillədə əvvəlki kimi ABŞ, Yaponiya və Çin qərarlaşıb. İlk onluqda, həmçinin Almaniya, Cənubi Koreya, Böyük Britaniya, Fransa, Kanada, Hindistan və İtaliya yerləşib.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube