•  – Rəhim Qazıyevdən Elçibəyə sui-qəsd ittihamına CAVAB: “Pənah Hüseyn özünü bu hökumətə sırımaq üçün...” 
  •  – Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! 
  •  – 11 min nəfərə ŞAD XƏBƏR - Prezident 7,8 milyon manat ayırdı 
  •  – Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər – Gürcü keşişlər ərazidən qovuldu – FOTOLAR 

Texniki Universitetin yeni rektoru: "Dekanlarla görüşdüm, əsas problem odur ki…"

Bir neçə gün önvə Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Avqustun 1-də rektor vəzifəsinə təyin olunan Vilayət Vəliyev universitet kollektivinə təqdim edilib.

Shefeq.az xəbər verir ki, AzEdu.az əməkdaşı yeni rektor vəzifəsinə təyin olunan professor Vilayət Vəliyevin AzTU-dakı əsas hədəfləri və idarəçiliklə bağlı strategiyaları haqqında fikirlərini öyrənib.

O, sözlərində respublikanın zəngin elmi tədqiqat və tədris potensialına malik Azərbaycan Texniki Universitetinə rektor seçildiyi üçün ölkə rəhbərliyinə təşəkkürünü bildirib:

“İki gün öncə təqdimat mərasimi həyata keçirildi və Təhsil naziri Ceyhun Bayramov haqqımda fikirlərini bildirməklə yanaşı, təhsildə olan problemlər və onların həlli istiqamətlərindən də söz açdı. Geniş müzakirə həyata keçirildi.
Tədbir əsnasında ortaya qoyulan məsələləri həyata keçirmək üçün ciddi planlar üzərində düşündük. İlk onu qeyd etmək istəyirəm ki, Texniki Universitetin yarandığı vaxtdan bu günə qədər,Azərbaycanda sənaye sahələrinin inkişafına və texniki kadrların hazırlanmasına əvəzsiz xidmətləri olub.
Hazırda ölkəmizdə maddi sənaye obyektləri, Neft-kimya Parkı inkişaf edir. AzTU kadr hazırlığı və tədqiqat işlərini xeyli genişləndirib”.

Vilayət Vəliyev innovativ yeniliklərin mahiyyətindən və onun universitetlərə necə inteqrasiya etməsindən də danışıb:

“Hazırda dünyada olan elmi-texniki tərəqqinin nailiyyətləri ilə ayaqlaşmaq çətindi.Sənayenin innovativ inkişaf məsələləri universitetlərin elmi tədqiqat və tədris istiqamətlərinə cəlb edilməsi peşəkar kadrların hazırlanması istiqamətində olduqca müsbət rol oynaya bilər.Peşəkar kadrların hazırlanması istiqamətində innovativ sənayenin inkişafı ilə bağlı mövcud olan yenilikləri mütləq şəkildə universitetin tədris istiqamətinə yönəltmək lazımdı.


Universitetlər bu gün qəribə dillema qarşısındadılar. Onlar öz potensiallarını genişləndirmək üçün müasir innovativ mərhələnin tətbiqinə üstünlük verməlidilər.Bunu da həyata keçirmək üçün mütləq təhsil və elm arasında inteqrasiya genişlənməlidi. Müxtəlif kəşflər və texnoloji yeniliklərin artırılması nəzarətdə olmalıdı.

Bugünkü sənaye inqilabının əsas mahiyyəti elmi kəşflər və texnologiyalar arasında inteqrasiyanın artması nəticəsində baş verib. Elmi inqilab sənaye inqilabına təkan verir.

Regionda yeni universitet modelinin qurulması istiqamətində tədbirlərə əl atılmalıdı. Universitetlər arasında əlaqələr genişləndirilməlidi. Fakültələr daxilində əlaqələr inkişaf etdirilməlidi. Region universitetləri də digər universitetlər səviyyəsinə çatdırılmalı və xarici universitetlərlə əlaqə yaradılmalıdı.

Bu gün universitetimizin dekanları ilə görüşdük.Onlarla geniş müzakirə apardım. Məndə elə bir təəssürat yarandı ki, ən böyük problemlərdən biri də fakültələrin bir-birinə inteqrasiya edə bilməməsidi. Bu universitetlərdə inikişaf etməyib və aşılanmayıb.Məncə ilk növbədə universitetlərarası əlaqələr genişləndirilməlidi.Sonra isə fakültələr və fənlərarası əlaqələr genişlənməli və balans qorunmalıdı.

Logistika inkişaf etməli və onunla bağlı problemlər həll edilməlidi. AMEA ilə əməkdaşlıq əlaqələri qurulmalı və elmlə təhsil yaxınlaşmalıdı.

Nəticə olaraq mən onu demək istəyirəm ki, bu gün dünyada innovativ sənayenin inkişafı ilə Azərbaycan Texniki Universiteti regionun aparıcı texnologiya universitetlərindən birinə çevirməlidi”.

Qeyd edək ki, Vilayət Vəliyev 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib. O, 1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində təhsil alıb. 1985-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsilini davam etdirib.

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, "Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alan Vilayət Vəliyev 1992-1994-cü illərdə ABŞ-da “Unocal” və “Pennzoil” şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb. 1994-cü ildə ABŞ-ın Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə vitse-prezidenti seçilib.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube