•  – Prezident DTX-nın səlahiyyətlərini artırdı 
  •  – Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşdü - FOTO 
  •  – Azərbaycan himninin oxunmasına və dinlənilməsinə dair yeni tələblər müəyyənləşib 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 

Elza Seyidcahan: O kişilərin yerinə utanıram

“Benzin” şeirini mənim adımdan paylaşan saytları məhkəməyə verəcəyəm”

Bu barədə Kulis.az-a açıqlamasında müğənni Elza Seyidcahan bildirib.

O daha sonra əlavə edib ki, “Benzin” şeirini yazmayıb, kimlərsə qəsdən onun adından bunu paylaşıblar: “Belə hallar dəfələrlə olub. Mənim adımdan şeir paylaşıblar, buna göz yummuşam, bu dəfə belə olmayacaq. Daha səbrim tükənib. Mən o səhifələri məhkəməyə verəcəm. Artıq vəkilimlə danışmışam, həmin saytlar məsuliyyətsizliyə görə qoy gəlib məhkəmədə cavab versinlər. Utanmırlar, mənim  adıma iftira yaxırlar, mənim adımla özlərinə oxucu qazanmaq istəyirlər. Belələri öz həyatında uğur qazana bilməyən adamlardı, mənim uğurlarımı qısqanırlar. Saytlar mənim adımdan şər-böhtan yazırlarsa, onlara ayıb olsun”.

Elza Seyidcahan “Facebook”da onu tənqid edənlərə də  münasibət bildirib: “Facebook”da kimi tənqid etmirlər ki?! Hamını tənqid edirlər. Buna da normal yanaşıram. Mən uğurlu bəstəkaram, uğurlu şairəm, uğurlu müğənniyəm, uğurlu fotomodeləm, uğurlu aktrisayam, uğurlu anayam, uğurlu qayınanayam, uğurlu nənəyəm, qeyrətli Azərbaycan qadınıyam. “Facebbok”dakı o kişilərin yerinə utanıram ki, qeyrətli bir Azərbaycan qadınını tənqid etməklə təsəlli tapırlar. Bəzi qeyrətsiz kişilər, əlbəttə ki, qeyrətli Azərbaycan qadınını qısqanacaqlar”.

Elza Seyidcahan sonda onu da bildirib ki, şeirlərindən ibarət kitab hazırlanır. Bu yaxınlada çap olunacaq.


shefeq.az
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube