•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Sevda nişanlanıb?

Müğənni Sevda Sanəliyevanın sosial şəbəkədəki paylaşımları müzakirələrə səbəb olub.Axşam.az xəbər verir ki, sənətçi fotolardan birində barmağındakı üzüyünü nümayiş etdirib. Onun görüntüsünə izləyiciləri müxtəlif şərhlər yazıblar.
Barmağındakı üzük Sevdanın yenidən nişanlanması haqda dedi-qoduların yayılmasına səbəb olub. İzləyiciləri də müğənniyə bununla bağlı suallar ünvanlayıblar. Onlar Sanəliyevaya "Yenidən kiməsə aşiq olmağınız, gözlərinizdən, hərəkətlərinizdən görünür", "Bəs üzük?", "Nə tez oldu bu xeyir iş? Yeni boşanmışdınız ki", "Təbriklər, Allah gözəl bəxt versin" kimi şərhlər yazıblar.
Sevda isə izləyicilərinə "Onun reklamı ürəyimdədir" yazaraq, gülmək emojiləri ilə reaksiya verib. O, xəbərləri nə təsdiq, nə də inkar edib. 
Digər paylaşımlarda isə Sevdanın yenidən rəqs etməyə başlaması diqqət çəkib. Ailəli olduğu ərəfədə rəqqasəlikdən uzaqlaşan sənətçi artıq köhnə işinə qayıtmağa hazırlaşır. Sanəliyeva rəqs videolarına yazılan tənqidlərin qarşısını almaq üçün şərh bölümünü də bağlayıb.
Qeyd edək ki, müğənni bu yaxınlarda "5/5" verilişində yenidən rəqqasəliyə başlayacağını açıqlamışdı.
Sevda həyat yoldaşı Cəmildən bir neçə ay əvvəl rəsmi boşandığını açıqlayıb. Sənətçinin iki övladı var.  

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube