» » Ölkə Prezidenti Mühüm tapşırıq verdi.... komissiya yaradıldı

Sosial / Manşet / Kiçik Manşet / Son dəqiqə

Ölkə Prezidenti Mühüm tapşırıq verdi.... komissiya yaradıldı

Cinayət işi başlanıb, yaxınlıqdakı kəndlərin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək FHN tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir

Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun Mətbuat Xidmətləri silah anbarında baş verən partlayışla əlaqədar birgə məlumat yayıb.

 

shefeq.az məlumat verir ki, birgə məlumatda bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah–sursat anbarında partlayışlar baş verildiyi qeyd edilib. 


Dövlət başçısının tapşırığına əsasən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb. Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyyə olunublar.  Saat 13 radələrinədək hadisə yerində işləyən 6 nəfər şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb, digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmayıb. Eyni zamanda N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək Fövqəladə Hallar Nazirliyitərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir. Digər yaşayış məntəqələri üçün hər hansı bir təhlükə mövcud deyil.

 

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

 

Görülən təxirəsalınmaz tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat verilir.

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa