•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Sənədsiz ov tüfəngləri yığışdırılır

Bakı şəhər sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Şəki Şəhər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirinbulaq kəndində Bakı şəhər sakini Mehman Məmmədovdan müvafiq sənədləri olmayan "Baykal" markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.


Bundan başqa, Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tüntülü kənd sakini Bəhruz Rəşidovdan müvafiq sənədləri olmayan "Tula" markalı ov tüfəngi götürülüb.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağsu rayon sakini Elşən Kərimovdan müvafiq sənədləri olmayan "İJ-18 E" markalı ov tüfəngi götürülüb.


Həmçinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Talalar kənd sakini Kamran Musayevdən müvafiq sənədləri olmayan "İJ-1807" markalı, Hənifə kənd sakini Aydın Çıraqovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngləri götürülüb.


Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Yardımlı rayon sakini Samir Abbasovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16" markalı ov tüfəngi götürülüb.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube