» » Ordubadda Su Elektrik Stansiyasının təməli qoyulub – FOTO

Siyasət

Ordubadda Su Elektrik Stansiyasının təməli qoyulub – FOTO

Yanvarın 11-də Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub

Shefeq.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.

Dövlətimizin başçısı yeni stansiyanın təməlini qoydu.

Belə stansiyaların istifadəyə verilməsi Azərbaycanda, o cümlədən Naxçıvanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdiyini bir daha nümayiş etdirir. Bu cür layihələrin icrası həm də respublikada dövlətimizin başçısının tapşırığı ilə alternativ və bərpaolunan enerjidən istifadənin geniş tətbiqi üçün hərtərəfli imkanlar açır.

Sonda xatirə şəkli çəkdirildi.


 
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa