» » Belə həkimləri nə gözləyir? - Yenilik

Səhiyyə / Manşet / Kiçik Manşet

Belə həkimləri nə gözləyir? - Yenilik

Bununla bağlı “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda dəyişiklik edilir. Bəs görəsən yeni dəyişiklik nəyi dəyişəcək?  Bu dəyişiklikdən sonra süni uşaq qidalarının yeni ana olan qadınlar arasında, eləcə də doğum evlərində reklamının qarşısını almaq mümkün olacaqmı?

K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevaçıqlamasında deyib ki, bu qadağalar 2003-cü ildə qəbul olunan “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda nəzərdə tutulub:


“Hələ 2003-cü ildə Azərbaycan dünyada bu qanunu qəbul edən 55-ci dövlət oldu. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanun üç əsas bölmədən ibarətdir. Birinci bölmə ana südünün təbiliği, ikinci bölmə övldını ana südü ilə qidalandıran analara güzəştləri, üçüncü bölmə isə süni uşaq qidalarının satışına, reklamına və yayılmasına dövlət nəzarətini özündə ehtiva edir. Bu qanunda süni uşaq qidalarının hamilə qadınlar arasında, doğum evlərində təbliği qadağan edilir. Yeni dəyişiklikdə qadağalar bir az da sərtləşdiriləcəksə, biz bunu ikiəlli dəstəkləyirik. Unutmamalıylq ki, gələcək nəslin sağlam böyüməsində ana südü ilə qidalanmanın müstəsna əhəmiyyəti var. Təbiətin elə qanunları var ki, onu pozanlardan təbiət amansızcasına qisas alır. Bu gün hər 100 anadan 50-i dünyaya gətirdiyi uşağını ana südü ilə qidalandırır. Əlbəttə ki, ana südü ilə qidalandırmanın faizinin yüksəlməsi üçün hamilə qadınlar, analar arasında marifləndirmə işi artırılmalıdır”.


 N. Quliyev körpələrin göstəriş olmadan süni uşaq yeməyi ilə qidalandırılmasının “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”  qanuna zidd olduğunu bildirir: “Qanunda göstərilib ki, körpə 1 yaşına qədər ana südü ilə qidalandırılmalıdır.  Pediatrlar da daim analara ana südü ilə qidalandırmanı təbliğ etməlidirlər. Süni qidanın fəsadları barədə analar məlumatlandırılmalıdır”. Baş pediatrın sözlərinə görə, süni qida keyfiyyətsiz, köhnə olarsa, körpələrdə mədə-bağırsaq pozğunluqları yaradır: “Aparılan tədqiqatlar göstərir ki, süni uşaq yeməyi ilə qidalanan körpələrdə  ishal xəstəlikləri ana südü ilə qidalananlara nisbətən 17 faiz çox olur. Hətta süni uşaq yeməkləri ilə qidalanan körpələrdə ölüm riskinin 3,9 dəfə çox olur. Süni uşaq yeməkləri körpələrin intellektual, fiziki inkişafına da mənfi təsir göstərir”. 


N. Quliyev bu səbəbdən körpələrin ana südü ilə böyüdülməsinin vacib olduğunu, genefondumuzun qorunması üçün süni qida bazarının daim nəzarətdə saxlanılmalı oldğunu söyləyir. 


Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev isə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda dəyişikliyin “Reklam haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıdığını söyləyir. Millət vəkili deyir ki, “Reklam haqqında”qanun yenilənəndə, başqa əlaqəli qanunlarda da uyğunlaşdırılma aparılır: ““Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanuna dəyişiklikdə də, süni uşaq qidalarının reklamı ilə bağlı müəyyən müddəlar genişləndiriləcək, “Reklam haqqında” qanuna uyğynlaşdırılacaq”.


Millət vəkili hazırda İnzibati Xətalar Məcəlləsində qanunu pozanlara cərimə sanksiyasının nəzərdə tutulduğunu, fikizi şəxslərin min manatdan beş min manatadək, hüquqi və vəzifəli şəxslərin isə daha artıq məbləğdə cərimələndiyini söyləyir.   

Qeyd edək ki, süni uşaq qidalarının reklamı qadağan olunsa da, əksər hallarda süni uşaq qidaları hamilə qadınların üz tutduğu qadın məsləhətxanalarında, doğum evlərində təbliğ edilir. Tibb işçiləri bunu inkar etsələr də, doğum evindən çıxan körpəyə həkim göstərişi ilə süni uşaq qidasının təyin edilməsi bu təbliğatdan xəbər verir. Bunu isbatlayan onlarla fakt var. Bunlardan biri də  ana doğum evindən çıxıb öz evinə çatan gün ona gizli nömrədən telefon zənginin gəlməsidir. Jurnalist həmkarım, Həbibə Abdulla da yeni ana olarkən bu cür zənglərin bir neçə dəfə gəldiyini söyləyir: “Dünyaya gətirdiyim hər iki övladımda mənə bu cür zənglər gəlib. Dəstəyi qaldıran zaman telefonda bir  xanım ananı körpəsi olması münasibətilə təbrik edir. Daha sonra ondan uşağına hansı qidanı verdiyini soruşur. Ananın körpəsini hansı qida ilə qidalandırdığını dəqiqləşdirdikdən sonra sağollaşıb dəstəyi asır. Bütün bunlar göstərir ki, yeni övlad dünyaya gətirən analara zəng edənlər süni uşaq qidası satışı ilə məşğul olan firmalarının işçiləridir. Onlar çox zaman özlərini “Uşaqların Qidalanması Mərkəzinin təmsilçisi kimi təqdim edirlər. Bu Mərkəzin yerini, ünvanını soruşanda isə sualdan yayınırlar. Mən uşağıma süni qida versəm də, onlara istədikləri bilgini vermədim. Jurnalist olduğum üçün bu sualı hansı məqsədlə verdiklərini anlayırdım. Onlar ananın uşağına hansı qidanı verdiyini dəqiqləşdirməklə öz məhsullarının nə qədər satılacağını planlaşdırırlar. Eləcə də, həkim tərəfindən uşağa süni uşaq qidasının təyin edilib-edilmədiyini dəqiqləşdirirlər”. 


Doğum evlərinin pediatrları bunu inkar etsələr də,  ortaya çıxan bir sual çıxır. Görəsən bu firmalar həmin şəxsin yenicə ana olduğunu və onun mobil telefonunun nömrəsini haradan bilirlər? Bu sual bir daha  onların süni uşaq qidalarının rəsmi distrübüterləri ilə əlbir işlədiyini təsdiqləyir. Axı ananın adı, ünvanı, telefon nömrəsi doğum evində onun üçün açılmış “kartiçka”a göstərilir. Ana evə çıxarkən ona uşağa hansı südü verməyi isə doğum evindəki pediatr məsləhət verir. Elə firmalar da ananın xəstəxanadan öz evinə yollandığı barədə məlumatı doğum evindən alırlar. Hər gün nə qədər ananın doğum evindən öz evinə çıxdığını bilən bu firmalar eyni zamanda ananın mobil telefonunun nömrəsini də götürürlər. Beləcə asanlıqla öz məhsullarının evə çıxan analara məsləhət görülməsi barədə razılığa gəldikləri pediatrlardan hansının nə dərəcədə bu sövdələşməyə əməl etdiklərini üzə çıxarırlar. Bu yolla da süni uşaq qidası satan firma həmin pediatrlara müəyyən faiz ödəyir.


Millət vəkili Musa Quliyev bu cür arzuolunmaz halların qarşısını almağın, ana südü ilə qidalandırmanın faizini artırmağın yolunun marifləndirmədən keçdiyini söyləyir. Deputat deyir ki, ana olan qadınlar ana südünün körpə üçün əvəzedilməz qida olduğunu bilsələr, çox az sayda ana övladını bu təbii nemətə həsrət qoyar.

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa