•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

NATO koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşır

NATO-nun Baş katibi Yens Stoltenberq, alyansa daxil olan ölkələrin müdafiə nazirləri ilə iyun ayının ortalarında videokonfrans keçirəcəklərini bildirib.
ATA TASS-a istinadən xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.
Y.Stoltenberq bildirib ki, NATO tərəfindən koronavirus pandemiyasının ikinci dalğası ilə bağlı ittifaq ölkələrə və tərəfdaşlara kömək etmək üçün plan hazırlanıb: "NATO üzvlərinə və alyansa yaxın olan tərəfdaş ölkələrə tez və daha yaxşı kömək edə biləcəyimiz üçün planlarımızı razılaşdırmalıyıq”. 

Stoltenberq video konfrans zamanı ittifaq üzvlərinin müdafiə nazirlərinə sözügedən konkret planların təqdim ediləcəyini deyib. 
Onun sözlərinə görə, planda dərman vasitələrinin daşınması üçün nəqliyyat vasitələri qoruyucu geyimlərin və tibbi ləvazimatların saxlanması üçün anbarların yaradılması və s. əks olunub.
Rəşad Sarıyev
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube