•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Proseslər daha da alovlana bilər - Baş infeksionistdən AÇIQLAMA

Son günlər bəzi mənbələrdə reanimasiyalarda koronaviruslu xəstələrin müalicəsi üçün yer olmadığı haqqında məlumatlar yayılır. Bu isə cəmiyyətdə ajiotaja səbəb olub.


Məsələ ilə bağlı baş infeksionist Cəlal İsayevin fikirlərini öyrəndik.

O, Publika.az-a açıqlamasında bu məlumatların yanlış olduğunu bildirdi: “Reanimasiyalarda hələ ki, yer var. Gələcəkdə necə olacaq, onu deyə bilmərəm. Ancaq artım müşahidə edilir. Bu da insanların məsuliyyətsizliyindən irəli gəlir. Məsələnin ciddiyyətini anlamalıyıq. Proseslər daha da alovlana bilər. Vətəndaşlardan xahiş edirəm ki, Operativ Qərargahın tövsiyələrinə və karantin qaydalarına əməl etsinlər. Tövsiyələrə əməl olunduğu təqdirdə yayılmanın qarşısını ala bilərik. Beləcə, arzu etdiyimiz yumşalma prosesini reallaşdıra bilərik”.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube