•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Ağciyər İnstitutunda daha iki nəfər öldü - RƏSMİ

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki ölüm faktı qeydə alınıb.

Oxu.Az xəbər verir ki, xəstələrdən biri ötən gün, biri də bu gün vəfat edib.

Ötən gün vəfat edən 1944-cü il təvəllüdlü xəstə əvvəl Qax Rayon Mərkəzi Xəstəxanasında müalicə alsa da, vəziyyəti pisləşdiyi üçün fevralın 5-də sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyətdə, ikinci mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu ilə ETACXİ-yə gətirilib.


Həkimlər tərəfindən aparılan intensiv müalicələrə baxmayaraq, xəstə dünən səhər saatlarında ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması və böyrək çatışmazlığından vəfat edib.

Vəfat edən 1959 -cu il təvəllüdlü digər xəstə isə yanvar ayının 31-də ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı, ikinci tip şəkərli diabet, diabetik nefropatiya diaqnozu ilə İnstituta gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, xəstə bu gün səhər saatlarında əsas xəstəliyindən – kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

TƏBİB ölüm faktlarını Oxu.Az-a təsdiqləyib.

Qeyd edək ki, bu, yanvar ayının 15-dən bu günədək Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan 21-ci ölüm faktıdır.

Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim reanimatoloq üçün altı vakansiya mövcuddur.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube