» » Oqtay Şirəliyevin «SEMAŞKO» dövlət xəstəxanasında RÜŞVƏT bazarlığı

Səhiyyə / Manşet

Oqtay Şirəliyevin «SEMAŞKO» dövlət xəstəxanasında RÜŞVƏT bazarlığı

Cərrah Fərman doktorun özünəməxsus "əmaliyyatı"

Azərbaycanda səhiyyənin acınacaqlı vəziyyətindən kifayət qədər yazılıb. Amma nə faydası! Yenə də Azərbaycan səhiyyəsində həkimlərin özbaşınalıqlarına, rüşvətxorluqlarına son qoyulmur. Həqiqət ondadır ki, Oqtay Şirəliyev Dövlət xəstəxanalarında baş alıb gedən rüşvətin qarşısını ala bilmir ki, bilmir. 
Məlumdur ki, 2008-ci ilin fevralından Azərbaycandakı dövlət xəstəxanalarında pulsuz tibbi müalicə və müayinəyə keçilib. Amma bilənlər bilir ki, dövlət xəstəxanalarında pulsuz tibbi müalicə və müayinəyə, cərrahiyyə əməliyyatlarına görə pul verməmək yalnız sözdədir. Yalnız bilənlər bilir ki, Dövlət xəstəxanalarında cərrahiyyə əməliyyatlarının qiymətlərinin heç də özəl xəstəxanalardakı qiymətlərdən fərqi yoxdur. Özəl xəstəxanalarla dövlət xəstəxanaları arasında yanız fərq ondadır ki, özəl və təsərrüfat hesabına işləyən xəstəxanalarda hər bir əməliyyatın neçəyə başa gəldiyi xəstəyə, yaxud da onun yaxınlarına bildirilir. Dövlət xəstəxanalarında isə bu məsələ gizli şəkilə həyata keçirilir. 
Səhiyyə nazirliyinə müraciət etsək heç şüphəsiz ki, dövlət xəstəxanlarında bütün əməliyyatların pulsuz həyata keçirilməsini deyəcəklər. Hətta onu da deyəcəklər ki, ölkə Prezidentinin göstərişi var ki, bütün dövlət xəstəxanalarında əməliyyatlar pulsuz olmalıdır. Bununla bağlı lazımi məlumatlar xəstəxanalarda lövhələrdə də yerləşdirilib. O ki, qaldı əməliyyatlar zamanı xəstələtdən pul istənilməsinə, bax bunun ağ yalan olduğunu deyərək xəstəni, yaxud da onun yaxınlarını da borclu çıxardacaqlar. İndi keçək Məmmədov Namiq Mahir oğlunun başına gələnlərə.
07.01.2017- ci il tarixində Məmmədov Namiq Mahir oğlu evində iş görərkən hündürlükdən yıxılaraq sol qolu sınaraq dərisini deşərək çölə çıxıb. Xəstənin yaxınları onu Musa Nağıyev adına(Semaşko) xəstəxanasına çatırıblar. Xəstənin yaxınlarından Sonolay.org-a verilən məlumatlarda vurğulanır ki, xəstə agır vəziyyətdə, al qanın içində xəstəxananın cərrahiyyə şöbəsinə çatdırsalar da, xəstənin taleyi ilə maraqlanan olmayıb. Xəstəxananın kalidorunda iki saatdan artıq gözləmələrinə baxmayaraq heç bir həkim onların vəziyyəti ilə maraqlanıb, xəstəni əməliyyata götürmək belə istəməyiblər. Həkimlərin xəstənin vəziyyəti ilə maraqlanmamalarını görən dostları şöbənin Fərman adlı cərrah həkiminə Namiq Məmmədovu əməliyyat etməsini bildiriblər. Fərman həkim əvvəlcə onlarla nə verəcəklərini danışıb və razılaşdıqdan sonra xəstəxananın kalidorunda ağrıdan zarıyan N. Məmmədovu əməliyyat edib. Məsələnin ən ilginc tərəfi odur ki, Fərman doktur əməliyyat üçün 1500 manat pul istəyib və həmin pulun 500 manatını bəri başdan avans olaraq alıb əməliyyat edib. Bundan əlavə xəstə sahibinə 20 manat anketə, 25 manat gipisə, 120 manat isə narkoz üçün ödətdirib. Onu da bildirib ki, reanimasiya şöbəsində də xəstəyə əlavə həkim və tibb bacıları baxacaq 250 manat da reanimasiya şöbəsinə ödənilməlidri ki, həmin xərclər Fərman həkimin əməliyyat üçün aldığı 1500 manata qarışmır. 
Xəstə cərrahiyyə əməliyyatından çıxıb reanimasiya şöbəsinə yerləşdirildikdən sonra cərrah Fərman həkim qalan əlavə 1000 manatında verilməsini tələb edib. Semaşko dövlət xəstəxanasında bir qolun əməliyyatı xəstə sahibinə 2000 manata başa gəlir. Gəlki daha ağır əməliyyat ola. Vay onda xəstənin halına. "Hələ də rüşvət tələbi bitməyib. Hər dəfəsində otağa girib çıxan həkimlər və tibb bacıları öz dilləri ilə pul istəyirlər. Burda adamın dərisini uf demədən soyurlar, bura dəhişətdir” – deyə xəstənin yaxınları bildirirlər.
Aparılan araşdırmalar göstərir ki, xəstəxanalarda cərahiyyə şöbələrində tətbiq olunan qiymətlər şöbə müdirləri tərəfindən dəqiqləşdirilmir. Bu tapşırıqlar və qiymətlərin bu cür yazılaraq tələb edilməsi, şəhərin Səhiyyə idarəsinin qoyduğu tələblər əsasında gerçəkləşir. Səhiyyə idarəsindən baş həkimlərə verilən "qiymət cədvəli” ikincilər tərəfindən də şöbə müdirlərinə paylanır ki, nəticədə rüşvətin alınmasına nəzarət mexanizmi işə düşür. Xəstəxanalarda hər cərrah apardığı əməliyyata görə alınan rüşvətdən 10% əldə edir. Bir əməliyyata görə alınan rüşvətin 10 % şöbə müdiri və baş həkimə çatır. Xəstəxanalarda cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstələr, orda bir həftə "soyulmaqla” əməliyyat olunurlar. Belə ki, xəstənin qohumları hər gün reanimasiya şöbəsinin müdirinə, həkimlərinə və tibb bacılarına pul paylayırlar. Bundan əlavə, bütün dərman avadanlıqlarını da xəstənin yaxınları almaq zorundadırlar. 
İnanmağa dəyər ki, yuxarıda qeyd etdiyimiz rüşvət tələbi ilə bağlı Səhiyyə Naziriliyi öz mövqeyini açıqlayacaqdır.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa