» » Həmyerlimizin gözü 30 dollara əməliyyat edildi - İNANILMAZ...

Səhiyyə

Həmyerlimizin gözü 30 dollara əməliyyat edildi - İNANILMAZ...

"Bu ölkədə nə neft, nə qaz var, ancaq Azərbaycandakı kimi rüşvətxorluq yoxdu...”
 
Çoxlarına elə gəlir ki, Azərbaycanda belə devalvasiya, inflyasiya, bahalıq, yoxsulluq, işsizlik olduğu halda Ukrayna kimi ərazisində müharibə gedən ölkələrdə insanlar lap pis gündədir. Ancaq  faktlar əksini deyir.
Doğrudur, Ukraynanın separatçıların baş qaldırdığı şərq bölgələrində mütəmadi olaraq döyüşlər gedir, insanlar həlak olur, ərzaq, yanacaq qıtlığı və s. problemlər var.  Ölkənin digər sabit bölgələrində isə müəyyən çətinliklər olsa da, vətəndaşlar dolanır. Və ən əsası, qanunlar işləyir…

Ukraynaya yollanmış  ağır şəkər xəstəsi olan bir həmyerlimizin əməkdaşımızla telefon söhbətində bu ölkənin səhiyyə sistemi barədə inanılmaz məlumatlar əldə etdik. Çerkassı şəhər xəstəxanalarından birində müalicə olunan soydaşımızın gözünü ukraynalı həkimlər cəmi 30 dollara əməliyyat ediblər. "Bizdə özəl kilnikalarda,  o cümlədən Zərifə Əliyeva adına Göz xəstəxanasnda adi katarakta ("mirvari suyu”) əməliyyatını azı 700-800 manata aparırlar. Buradakı həkimlərin insanlığını, insafını, qanunpərəstliyini, dürüstlüyünü görəndə mən heyrətə gəldim. Vur-tut 30 dollara gözümü əməliyyat etdilər. Bütün müalicələrim də Azərbaycandakı xəstəxanalarla müqayisədə, demək olar ki, pulsuz oldu...” - deyə soydaşımız vurğulayıb.

Ukraynada dərmanların da çox ucuz və keyfiyyətli olduğunu da vurğulayan həmyerlimiz "Bəs ərazisində müharibə gedən, nefti, qazı olmayan, bir yandan Rusiyanın, digər yandan Qərbin siyasi, iqtisadi təzyiqləri altında çabalayan bir ölkədə qiymətlərin ucuz olmasının, qanunların işləməsinın səbəbini nədə gördünüz” sualına belə cavab verib: ”Bəli, Ukraynada nə neft, nə də qaz var və ən əsası, Azərbaycandakı kimi korrupsiya və rüşvətxorluq yoxdu...”
 
"moderator"
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa