» » Mə­mur ba­la­sı-mə­mur bə­la­sı - Qalib İBRAHİMOĞLU

Şəfəq köşəsi / Kiçik Manşet / Köşə yazarları

Mə­mur ba­la­sı-mə­mur bə­la­sı - Qalib İBRAHİMOĞLU

Ana­sı du­ra-du­ra xa­la­sı­nın ürə­yi­nin get­mə­si bu­na de­yər­lər. Qə­za tö­rə­dən, qə­za tö­rə­də­nin dağ­dan ağır ba­ba­sı qa­lıb bir qı­raq­da, de­pu­tat As­tan Şah­ver­di­yev dü­şüb or­ta­lı­ğa ki, bəs ha­di­sə za­ma­nı fi­lan­kəs or­da ol­ma­yıb. Ayıb­dır, val­lah, ayıb­dır...
 
Beş gün­dür ha­mı pay­tax­tın Hey­dər Əli­yev pros­pek­tin­də baş ve­rən dəh­şət­li qə­za­dan da­nı­şır. Bəl­kə də qə­za­nı tö­rə­di­nin ba­ba­sı baş na­zi­rin müa­vi­ni, "Qaç­qın­kom"un səd­ri Əli Hə­sə­nov ol­ma­say­dı, heç bu qə­dər də mü­za­ki­rə olun­maz­dı. Bu o Əli Hə­sə­nov­dur ki, 3-4 il əv­vəl ca­maa­ta ağıl ve­rə­rək, "Mə­nim də öv­lad­la­rım var. Si­zin xə­bə­ri­niz var o kim­dir?" de­yə­rək, mə­mur­la­rı öv­lad­la­rı­na nə­za­rət et­mə­yə ça­ğır­mış­dı. Am­ma ha­nı? De­mək, özü öz nə­və­si­nə nə­za­rət edə bil­mə­yib. Bil­səy­di, nə­və­si Na­il Al­lah­ver­di­yev "Mer­ce­des-Ge­lan­da­wa­gen"lə ya­rı­şa çıx­maz, iki nə­fə­rin ölü­mü, iki nə­fə­rin də ağır ya­ra­lan­ma­sı ilə nə­ti­cə­lə­nən ağır yol qə­za­sı baş ver­məz­di.
Ha­di­sə baş ve­rən gün hər vəch­lə av­to­mo­bi­lin sü­ka­nı ar­xa­sın­da Na­il Al­lah­ver­di­ye­vin ol­ma­dı­ğı­nı sü­but et­mə­yə ça­lı­şır­dı­lar. Am­ma çox çək­mə­di ki, ha­di­sə­ni elə Hə­sə­no­vun nə­və­si­nin tö­rət­di­yi sü­bu­ta ye­ti­ril­di. Dü­nən­sə nə­və ba­rə­sin­də 4 ay­lıq həbs qə­tim­kan təd­bi­ri se­çil­di.

Ha­mı göz­lə­yir­di ki, baş ve­rən­lər­dən son­ra Əli Hə­sə­nov is­te­fa əri­zə­si ya­za­caq, nə­və­si­nə nə­za­rət edə bil­mə­di­yi­ni eti­raf edə­cək. Am­ma ol­ma­dı. Əvə­zin­də "hü­qu­qu öl­kə­də mə­su­liy­yət fər­di­dir. Çox is­tər­dim ki, me­dia nü­ma­yən­də­lə­ri də bu­nu ba­şa düş­sün" söy­lə­di. Bəs 3-4 il əv­vəl ni­yə baş­qa­la­rı­nı bu­na ça­ğı­rır­dı­nız?

Bu mə­sə­lə­də Cəb­ra­yıl-Qu­bad­lı seç­ki dai­rə­si­nin de­pu­ta­tı, Ru­si­ya­da ya­şa­yan azər­bay­can­lı­la­rı "ot­xod" ad­lan­dı­rıb son­ra­dan üz is­tə­yən, elə on­dan son­ra da sə­si-so­ra­ğı eşi­dil­mə­yən As­tan Şah­ver­di­ye­vin ya­xa­sı­nı cı­rıb ha­di­sə­ni Əli Hə­sə­no­vun nə­və­si­nin tö­rət­mə­di­yi­ni söy­lə­mə­si­ni heç cür an­la­ya bil­mi­rəm. Da­xi­li İş­lər Na­zir­li­yi, Baş Pro­ku­ror­luq bir­gə mə­lu­mat ya­yır ki, ha­di­sə­ni fi­lan­kəs tö­rə­dib, As­tan Şah­ver­di­yev de­yir, yox, "Na­il Al­lah­ver­di­yev hə­min vaxt ev­də olub". Gö­rün­tü­lər bir şey de­yir, Şah­ver­di­yev de­di­yin­dən dön­mür: "Na­il Al­lah­ver­di­yev evin­də olub".

Ana­sı du­ra-du­ra xa­la­sı­nın ürə­yi­nin get­mə­si bu­na de­yər­lər. N.Al­lah­ver­di­yev həbs olun­du. As­tan Şah­ver­di­yev, ni­yə çı­xıb de­mir­si­niz ki, onun gü­na­hı yox­dur? Axı, ha­di­sə za­ma­nı "Əli Hə­sə­no­vun nə­və­si evin­də olub"...

Yax­şı da bir şey ta­pıb­lar. Kar­la­rı­na gəl­mə­yən bir ya­zı olan ki­mi, bu­nun ar­xa­sın­da mü­xa­li­fə­tin da­yan­dı­ğı­nı id­dia edir­lər. Axı, si­zi nə məc­bur edir ki, özü­nüz de­miş, hə­min ma­şı­nı gör­mə­di­yi­niz hal­da, ca­maa­tın gö­zü­nə be­lə kül üfü­rə­si­niz?

Mii­li Məc­li­sin İn­ti­zam ko­mis­si­ya­sı­nın səd­ri Ağa­can Abı­yev de­miş, "Ada­ma de­yər­lər, sən öz işin­dən da­nış da! Sən bu işin için­də de­yil­sən­sə, ni­yə ya­lan da­nı­şır­san? Axı, kim sən­dən da­nış­ma­ğı xa­hiş edir? An­la­ya bil­mi­rəm ki, As­tan Şah­ver­di­yev, ni­yə hər ye­rə ba­şı­nı so­xur­san? Bu cür ha­di­sə­lər çox olur. Gör­mə­di­yin şey­lə­rə gö­rə ni­yə əmin­lik­lə da­nı­şır­san? De­pu­tat ya­lan da­nış­maz" (ol­ke.az").

Nə­sə, mə­mur­la­rın ba­la­la­rı mə­mur­la­rın bə­la­la­rı­na çev­ri­lib­lər...
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa