» » Qüdrət Şükürov qızına 400 min dollarlıq toy etməsi ilə günlərdir ki, medianın diqqət mərkəzindədir

Şəfəq köşəsi / Sosial / Manşet / Son dəqiqə

Qüdrət Şükürov qızına 400 min dollarlıq toy etməsi ilə günlərdir ki, medianın diqqət mərkəzindədir

Qüdrət Şükürovun erməni ilə iş birliyindən 1 milyon 700 min “otkat” aldığı iddiası var; onun Buzovnada 2 qoşa imarəti, saysız hesabsız varidatı, xüsusi hazırlanan “Mersedes”i və daha nələri varmış...

Shefeq.az xəbər verir ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov qızına 400 min dollarlıq toy etməsi ilə günlərdir ki, medianın diqqət mərkəzindədir. “Böyük Saray”dakı toy mərasimindən, toya qədər baş tutan digər mərasimlərin videolarından belə aydın olur ki, ölkəmizin lift təsərrüfatı tapşırılmış məmur korrupsiya pulları hesabına fantastik həyat yaşayır...

Q.Şükürov uzun illərdir ki, Bakı Lift İdarəsində çalışır. O, idarədə hələ mühəndis kimi qurumdan liftlərdə istifadə edilən trosların yoxa çıxması faktı üzrə saxlanılıb. Amma həmin iş Q.Şükürovun yenidən vəzifəsinə qayıtmağa, daha sonra idarənin rəhbərliyinə gətirilməyinə mane olmayıb...

Q.Şükürov əvvəllər də medianın gündəmində olub. 2010-cu ildə ona məxsus “Range Rover” markalı maşından 210 min manat oğurlanıb. Həmin vaxt mətbuatda bu haqda geniş yazılar dərc olunub. Q.Şükürov oğurluq baş verdikdən sonra həmin maşını satıb. Hazırda o, Az 10 AA 828 nömrə nişanlı, ən son model S klass “Mersedes”də gəzir. Maşın “Mersedes” zavodunda xüsusi sifarişlə yığılıb, motorun həcmi 6.3-dür. İddialara görə, Q.Şükürov təkcə bu maşının yanacağına hər gün 100-120 manat civarında pul xərcləyir. O da bildirilir ki, xüsusi sifarişlə hazırlanan bu nəqliyyat vasitəsini Q.Şükürov 450 min avroya alıb. Bundan başqa, Q.Şükürovun “Range Rover” markalı, Az 10 ZZ 447 nömrə nişanlı maşınının olduğu deyilir. Bu maşının qiyməti də az deyil - 250 min dollar. Q.Şükürovun oğlu Samid Şükürovun Az 10 XO 777 nömrə nişanlı “Mercedes Qalendvagen”, nömrə nişanının sonu 447 ilə bitən “Lexsus” markalı maşınları var.

Q.Şükürovun qızının həyat yoldaşı Oqtaya 160 min dollara aldığı iddia olunan “Porşe” markalı, Az 90 OA 900 nömrə nişanlı maşın da digərlərindən geri qalmır.

Zəngin həyat yaşayan Q.Şükürovun keçmiş kürəkəni ilə də bağlı maraqlı məlumatlar var.

Elşən Əsgərli məmur qızı Aysel Şükürova ilə 2012-ci ildə ailə həyatı qurub. Həmin il “Kral” şadlıq sarayında düzənlənən toy məclisinə Q.Şükürov bu ilin yanvarında qızı ikinci dəfə ərə gedən zaman xərclədiyi puldan daha artığını xərcləyib. İddia olunur ki, həmin vaxt Q.Şükürov 500-550 min civarında pul xərcləyib.


Nikah pozulub, uşağın atasını həbs etdiriblər...


2016-cı ilin sentyabrında isə Şükürovun qızı ilə Elşən Əsgərlinin nikahı pozulub. Bu izdivacdan dünyaya gələn, adı Uğur olan uşaq hazırda anasının yanındadır. Hazırda tərəflər arasında uşağa görə çox ciddi qovğa yaşandığı bildirilir. Bir neçə gün əvvəl Q.Şükürov və onun keçmiş qudası Rəfail Əsgərov bu qovğa üzərindən Nəsimi Rayon Polis İdarəsinə dəvət olunublar. Polisdə tərəfləri barışdırmağa çalışılıb, uşaqla atasının görüşünə şərait yaradılması təklif olunub. Amma məsələ çözülməyib. Bildirilir ki, sosial şəbəkə üzərindən də tərəflər arasında çəkişmə var. Q.Şükürovun yaxınları keçmiş qohumlarının zənən, məktəbli qız uşaqlarının fotolarını müxtəlif sosial şəbəkələrdə yaymaqla fotoların altına “20 AZN” yazıblar. Bu isə ciddi narazılığa səbəb olub. Hətta bir müddət əvvəl E.Əsgərli keçmiş qohumları tərəfindən metronun “Gənclik” stansiyasının yaxınlığına dəvət olunub. Onu orada A.Şükürovanın hazırkı həyat yoldaşı Oqtay 10 nəfərlə qarşılayıb və döyüblər. Bu məsələ ilə bağlı araşdırma aparılıb, amma cinayət işi E.Əsgərliyə qarşı başlanıb...Bir neçə gün əvvəl E.Əsgərli bir daha Nəsimi rayonu ərazisində, “Bizim ev” kafesinin yaxınlığında döyülüb. Onu həmin kafeyə keçmiş həyat yoldaşının 2-ci əri Oqtay çağırıbmış.

İddialara görə, orada E.Əsgərliyə bildiriblər ki, həbsi üçün 30 min dollar pul ödənilib, övladı ilə görüş tələb etsə, həbsə alınacaq.
Maraqlı bir məqam da odur ki, E.Əsgərli Q.Şükürovun qızından ayrılandan sonra keçmiş qayınatası tərəfindən həbs etdirilib. Məsələ isə belə olub: E.Əsgərlinin qaynı Samid Şükürov ona zəng vurub və “uşaqla görüşmək istəyirsənsə, Buzovnadakı bağ evinə gəl” deyib. Ora gedəndə isə Cəmil adlı bağban E.Əsgərliyə hücum edib. E.Əsgərli isə oradan uzaqlaşıb. Bundan sonra Xəzər rayon Polis İdarəsi onun barəsində həbsli axtarış elan edib. Q.Şükürovun keçmiş kürəkənini növbəti gün tutub Xəzər Rayon Məhkəməsinə aparıblar. Amma onun bağbana qarşı zorakılıq etməsi təsdiq olunmayıb və E.Əsgərli məhkəmə zalından azad olunub..

Q.Şükürov deyir ki, 550 manat rəsmi maaş alır. Bir tərəfdə 550 manat maaş, digər tərəfdə milyonlar, fantastik həyat...
Bunlar hardan əldə edilib? Belə məlumat var ki, onun keçmiş qudası Rəfail Əsgərov müxtəlif dövlət orqanlarına şahidi olduğu məsələlər haqda son dərəcə ilginc bir müraciət yazıb.

O bildirib ki, bir neçə il əvvəl Q.Şükürovun təklifi ilə Moskvaya gediblər. 2013-cü ilin aprelinə təsadüf edən səyahət zamanı Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub. “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.

R.Əsgərli yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasını erməni ilə görüşə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə - “Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb! Sitat: “Bu mənim gözlərim qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul ”otkat"dır".


Devalivasiyadan əvvəl Şükürov manatlarını 8 milyon dollara dəyişibmiş...


Q.Şükürov 2013-cü ildə o dövrdə qudası olan R.Əsgərovdan bir neçə dəfə də xahiş edib ki, onunla “Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Azəriqazbank”ın filialına gedib pul çıxarsınlar. Hər dəfə 400, 500, 700 min dollar pul çıxarılıb. 2015-ci ilin fevralında - devalvasiyadan bir neçə gün əvvəl Q.Şükürov böyük panika içində manatda olan pullarını dollara çevirib. Həmin vaxt o, pullarını dollara çevirib, ailəvi dostu İlqarın adına “Bank of Baku”ya yatırıbmış. R.Əsgərov müraciətində Şükürovun banka yatırdığı məbləği də göstərib - 8 milyon dollar.

Q.Şükürovun var-dövləti bununla bitmir. Onun Bakının ən bahalı yaşayış binalarından hesab olunan “Gümüş plaza”da hər birinin qiyməti 2 milyon 500 min dollar olan 2 ədəd 5 otaqlı mənzilinin olduğu deyilir. Həmin binada Q.Şükürov yalnız ona və yaxınlarına xidmət edən Yaponiya istehsalı olan, qiyməti 400 min dolları aşan lift quraşdırtdırıb. Azərbaycan Ali Məhkəməsinin arxasındakı “Çıraq Plaza”nın 1-ci mərtəbəsindəki “Women SPA” mərkəzi də faktiki onundur. Təkcə bu mərkəzin təmirinə 4 milyon dollar xərcləndiyini qeyd edib. Hazırda həmin mərkəzi Q.Şükürovun həyat yoldaşı Aynurə Şükürova işlədir.

Təbriz küçəsinin qurtaracağındakı çoxmərtəbəli yaşayış binasında 2 ədəd 4 otaqlı, Səməd Vurğun parkının yanında 2 yaşayış mənzili, Nəsimi rayonu ərazində isə oğlu Samid Şükürova bir neçə ay əvvəl böyük bir restoran aldığı da gələn məlumatlar sırasındadır. Q.Şükürov 2014-cü ildə Moskvanın mərkəzində 2 dənə 5 otaqlı mənzil alıb. 2015-ci ilin fevralında Q.Şükürov Tolyattidə bacanağı Müşfiqin qardaşı Salamın adına böyük - 6 mərtəbəli ticarət mərkəzi və şadlıq sarayı alıb. Buzovna qəsəbəsində 2 böyük torpaq sahəsindəki bənzərsiz imarətləri var. Birində özü, digərində qızı yaşayır. 8-ci kilometr yaşayış massivində 16 mənzili, 3 gözəllik salonunun olduğu da iddia edilir.

Q.Şükürovun keçmiş qudasının müraciətində ilginc detallardan biri də onun Xətai rayonu ərazisində, metronun “Xətai” stansiyasının arxasındakı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində şəxsi lift firmasının olması ilə bağlıdır. O firmaya Q.Şükürovun kürəkəninin qardaşı başçılıq edir. İddia olunur ki, Bakıdakı liftlərin sıradan çıxmasına yönələn hərəkətlərə də həmin firmanın əməkdaşları tərəfindən yol verilir. Bu haqda isə ötən sayımızda daha ətraflı və detallı yazı dərc etmişdik...

Q.Şükürovun qanunsuz əməlləri ilə bağlı digər maraqlı faktlar da əldə etmişik. Onları detallı şəkildə dəqiqləşdirdikdən sonra mövzuya qayıdacağıq.

P.S. Qarşı tərəfi də dinləməyə, mövqeyini dərc etməyə hazırıq.


musavat.com
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa