» » "Dolu"dan o zaman dolu yağır ki...

Şəfəq köşəsi / Kiçik Manşet / Köşə yazarları

"Dolu"dan o zaman dolu yağır ki...

Və yaxud çərçivəyə salınmış bir şəklin qəmli tarixçəsi...
O gün yazıçı-publisist Aqil Abbasın ssenarisi əsasında çəkilən "Dolu" filminə təkrar baxdım.  Çox dolğun, təsirli və mənalı film yardıblar. Sıravi tamaşaçı olaraq müəllifə də, rejissora da, bütün çəkiliş heyətinə də bir daha “çox sağ olun”-deyirəm. Aktyorların ifası adamı valeh edir, hadisələrin inkişafı, Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı  təbii çalarla təqdim olunub. .. Əsas olan budur ki, filmdə süni, qondarma, reallıqdan uzaq heç bir fraqmentə rast gəlmirsən.Bu filmə baxanda istər-istəməz Qarabağ müharibəsi ilə bağlı qəmli bir hekayəti xatırlamalı oldum. 1992-ci ildə-tələbəlik dövrümdə Azərbaycan radiosunun gənclik redaksiyasında qonorar sistemi ilə müxtəlif verilişlərin ssenarisini yazır, onlara aparıcılıq edirdim. Həmin il Ağstafanın Ermənistanla həmsərhəd olan Köhnə Qışlaq kəndinə gedib, postda dayanan əsgərlərimiz haqqında veriliş hazırladım, onlardan ayrı-ayrılıqda müsahibə aldım. Hamısı da bir-birindən qorxmaz, şücaətli, boy-buxunlu, yaraşıqlı cavanlar idi. Azərbaycanın müxtəlif bölgələrindən gəlmişdilər, arlarında Ağstafanın özündən olan könüllülər də vardı. Həmin əsgərlərdən və onlara komandirlik edən zabitlərdən öyrəndim ki, 2-3 gün bundan əvvəl ermənilərin diversiya qrupu gecə vaxtı bu posta hücum çəkib, amma döyüşçülərimizin sərt müqaviməti ilə üzləşdiklərindən çoxlu sayda itki verərək, öz xarabalarına çəkilməyə məcbur olublar. Əsgərlərimiz bu cür hucumların artıq onlar üçün adi hala çevrildiyini və düşməndən zərrəcə də qorxmadıqlarını qürur hissi ilə bəyan edirdilər. O kəndin sakinləri təsdiq edərlər ki, o dövrdə həmin kənd ermənilərin ardıcıl hücumu nəticəsində viran qalmışdı, neçə-neçə ev, sosial obyekt tamamilə yanmışdı. Ermənistan ərazisində post xeyli yüksəklikdə yerləşirdi (çox güman ki, indi də belədi)  və orada  erməni yaraqlıları avomatla quş ovlayır, lüləsi biz tərəfə tuşlanan tankla manevrlər edib, silah-sursat sarıdan bizdən üstün olduqlarını nümayiş etdirirdilər. Bizim əsgərlərinsə cəmi bir “Qrad” (“Dolu”) tipli köhnə topu vardı. O toplar sovet hökumətinin dövründə üzümçülük təsərrüfatlarına  verilmişdi ki, dolu yağanda buludlara tuşlayıb atsınlar, məhsul zay olmasın.  “Qrad” yeganə və köhnə olsa da, əsgərlərimizdəki vətənpərvərlik hissi o qədər güclü idi ki, nəinki Qarabağı, hətta bütün Ermənistanı da almağa yetərdi…Müsahibə zamanı əsgərlər məni ehtiyatlı olmağa, səngərdən boylanmamağa çağırırdılar, deyirdilər, erməni snayperçiləri şox vaxt jurnalistləri hədəf seçirlər. Amma tam səmimi deyirəm, o cür vətənpərvər, qorxmaz oğulların arasında ölüm mənə çox şərəfli görünürdü, düşünürdüm ki, lap erməni gülləsindən ölsəm belə nə olasıdı ki, nəyim bu dağ cüssəli oğlanlardan artıqdı?! Mən müvəqqəti buradayam, onlarsa hər an ölüm təhlükəsi ilə üzbəüz, bütün el-obanın namusunu qoruyurlar…“İnşallah, yenə də göüşərik, özünüzdən muğayat olun”-deyib, onlardan ayrıldım və Bakıya-studiyaya gəlib müsahibələr əsasında veriliş hazırlayıb efirə verdim. Amma iş elə gətirdi ki, mən Köhnə Qışlaq kəndinə, həmin o postda öz sinələrin erməniləriə sipər edən həmin əsgərlərimizin yanına gedə bilmədim… 1996-cı ildə ağstafalı həkim qızla ailə quran dostumun nişanına gedərkən yolboyu xəyalımda 4 il əvvəl gördüyüm, ünsiyyət qurduğum  qorxmaz döyüşçülər canlanırdı… Qatar Ağstafaya səhər tezdən çatmışdı. Səbəbkar dostumuz əvvəlcədən şərtləşdiyimiz kimi, bizi vağzalda qarşılayıb, taksi ilə nişanlısıgilin həyətinə apardı. Yüksək qonaqpərvərlik, xoş münasibət yol yorğunluğunu unutdurdu. Dostlarla birgə bir qədər deyib- güldük, zarfatlaşdıq da… Az sonra qızın qardaşı bizi otaqlardan birinə-çay süfrəsinə dəvət etdi. Otağa girəndə üzbəüz divarın başında çərçivəyə salınmış yaraşıqlı, idmançı cüssəli oğlan şəkli hamımızın nəzərini cəlb etdi. Mən şəklə diqqətlə baxıb, “bu oğlanı tanıyıram, bəs özü haradadı?”-soruşdum. Dostumun qaynı məni kədərli baxışla süzüb, “ola bilməz, bəlkə kiməsə oxşadırsınız?”-dedi. “Yox, dəqiq tanıyıram, bu Rövşəndir, özü də Köhnə Qışlaq kəndindəki postda  xidmət edirdi. Düz tapdım?” “Hə, doğru deyirsiniz-köks ötürdü- amma heyif ki, həlak olub. 4 il əvvəl, müharibənin qızğın vaxtında. Ermənilərin o posta hücumunun qarşısını alanda 4 dostu ilə birgə həyatını itirib. 10 nəfərlik dəstə düşmənin 40 nəfərlik dəstəsini məhv eləyib. Onlar çox güclü silahlanıblarmış, bizmkilərdə isə yeganə “Qrad” imiş… Amma yenə də sona qədər vuruşub məğlub olmayıblar...”Bir anlıq çaşıb qaldım, deməyə söz tapmadım. Nişana-şadyanalıq məclisinə gəldiyim yerdə yasa büründüm. Yeganə təsəllim Vətənimizin yaralanmış qəddinin yalnız belə igid, öz şəhidliyi ilə ölməzlik zirvəsinə ucalan oğulların sayəsində dikələcəyinə bəslədiyim inam idi və o inam bu gün də yaşayır. Ən əsası isə bu gün Milli Ordumuz 90-cı illərin əvvəllərindən fərqli olaraq sovet “Qrad”larının ümidinə qalmayıb, ən müasir silah-sursatla təchiz edilib və düşmənə layiqli cavab verməyə tam hazırdır.
Əmrah Fəqanoğlu
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa