•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Ərli qadının özgə kişisini gecə-gündüz tərifi

Son günlər ABŞ-la İran arasında münasibətlərin daha da gərginləşməsi, bunun fonunda iranlı generalın qətlə yetirilməsi Azərbaycan cəmiyyətinə də təsirsiz ötüşmədi. Təbii ki, dünyada baş verən proseslərin, xüsusilə qonşu ölkə ilə bağlı baş verən olayların Azərbaycana bu və ya digər formada təsir etməlidir. Amma bu qədərmi? Respublikamızın Dağlıq Qarabağ boyda problemi, onlarla qız-gəlinimizin erməni əsirliyində ola-ola digər ölkələrin mübarizəsi bizi bu qədər niyə ilgiləndirsin? Nəyə görə farsa, ingilisə, rusa, ərəbə görə qanı bir, canı bir iki azərbaycanlı bir-biriləri ilə qırışmaları, biri-birilərini sosial şəbəkələrdə təhqir etməlidirlər? O söyüşlərin, o didmələrin yerinə olmazmı öz dərdimizlə uğraşaq, gələcək nəslə Vətən sevgisini aşılayaq. Bəs, Vətəni sevmək imandan idi? Hanı Vətən sevgisi, hanı imanlıq?! Nə zamana qədər Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin “qəhrəmanları” olacağıq? Vallah, bizə özümüzdən başqa kimsə yanmayacaq. Nə fars, nə osmanlı, nə ingilis, nə ərəb, nə rus azərbaycanlı Gülnisə ananın şəhid olmuş oğluna görə ağlamayacaq (ağlamayıb da), öz millətinin oğlu ilə dava etməyəcək. Bunu yazmaqda məqsədim iranlı generalın ölümünə sevinənlərə dəstək olmaq deyil, bu fikirdən də uzağam. Ümumiyyətlə, dünyada dinindən, dilindən asılı olmayaraq bir insanın ölümünə sevinməyi İNSANA yaraşdırmıram. Amma özgəsini özümüzdən çox sevməyək – qardaşımız olsa belə. Əvvəl özümüz, sonra isə… Bu nəyə bənzəyir? Ərli qadının özgə kişisini gecə-gündüz tərif etməyə bənzəyir. P.s O günü olsun osmanlını, rusu, farsı, ərəbi, ingilisi sevdiyimiz qədər özümüzü də sevək. ANAR MƏCİDZADƏ Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube