» » “Otxod”

Şəfəq köşəsi / Kiçik Manşet / Köşə yazarları

“Otxod”


Bizim bəzi deputatlar əvvəl sözü deyir, sonra fikirləşirlər. Elə bilirlər ki, sözdü də deyirlər, camaat da bunu sinirəcək. Amma...

 
Ötən həftənin sonunda Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə polis arasında baş verən qarşıdurma səngiməmiş daha bir olay gündəmi zəbt etdi. Bu dəfə Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Astan Şahverdiyev söylədiyi fikirlə camaatı həm aşağıladı, həm də həftənin “qəhrəmanı”na çevrildi.

Bilənlər bilir, bilməyənlərə də mən deyim ki, məcburi köçkünlərin keçirdiyi aksiyadan sonra rəsmilərin onlarla görüşündə problem həllini tapıb. Belə ki, konsensusa   görə məcburi köçkünlərə güzəştlər olacaq, borc silinəcək və s. və i. Üstəlik camaatın kerosinlə təmin edilməsi məsələsi də qaldırılıb. Bu barədə deputat Astan Şahverdiyev bildirib ki, əhaliyə kömək etmək lazımdır. Bəlkə də çoxu fikirləşib ki, kaş, bizim də deputat seçicisinin qayğısına bu cür yanaydı. Amma onun sonradan dediklərini eşidən hər bir seçici qulaqlarını çəkərək, Şahverdiyevin onların deputatı  olmamasına şükür edib.
“Bir qrup nəşəli, içkili adamın etirazlara qalxdığını” deyən deputat durub dururkən Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşdırıldığını söyləyib, bunun səbəblərini açıqlayıb. Adam araşdırma apararaq belə bir nəticəyə gəlib ki, Rusiyaya gedənlər bizim cəmiyyətin “otxodları”dır. “Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da...”

Saxlanılanlara gəlincə, deputat onların ən “yarıy” adamlar olduğunu deyib. “Russkoyazıçnı” olan deputat bu sözün Azərbaycan dilində qarşılığını tapa bilmədiyindən bu ifadəni işlədib (hansı ki, bu söz ruscadan tərcümədə “azğın”, “qudurğan” deməkdir). “Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar. Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar”.
Deputat güman edib ki, sözdü də deyib, camaat da fərqinə varmayacaq. Amma adamı dediyinə görə, elə peşman edərlər ki, gəl görəsən, necə ki, Şahverdiyevi ediblər.

İş işdən keçəndən sonra adam yenidən mətbuata çıxaraq, bu ifadəni istəmədən işlətdiyini bildirib. Deyib ki, bəs əsəb, stress keçirdiyindən belə bir ifadə işlədib. “Təəssüf edirəm ki, ehtiyatsızlıq ucbatından işlətdiyim fikirlər insanları incidib. Dediklərimin cəmiyyətdə bu qədər rezonans doğuracağı ağlıma da gəlməzdi. Əlbəttə, məsələnin belə böyüməsində mənə qarşı şəxsi qərəzi olan insanların da rolu az olmadı. Bu məsələnin haradan qaynaqlandığını bilirəm”.
Amma ya zəlzələdən, ya vəlvələdən, söz ağızdan çıxıb və bunu deyən də məsuliyyətini daşımalıdır. İndi deputat söylədiklərinə görə qınanılır. Ən yaxşı fikrisə onun qardaşı oğlu Nemət Şahverdiyev sosial şəbəkədə yazıb. O, əmisinin ajiotaja səbəb olan açıqlamanı verdiyi vaxt içkili olduğunu qeyd edib: “O, cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur”.

Deyilənlərə görə, yaxın günlərdə Milli Məclisin İntizam Komissiyası toplaşıb məsələyə baxacaq və bununla bağlı qərar verəcək.

Nəsə, bizim bəzi deputatlar əvvəl sözü deyir, sonra fikirləşirlər. Axırı da belə olur...

Qalib İBRAHİMOĞLU
 
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa