» » Söyülənlər...

Şəfəq köşəsi / Kiçik Manşet / Köşə yazarları

Söyülənlər...

Yanan da deputatdır, yaman da. Nə qədər yaxşı söz desə də, biri qəbul edəcək, beşi bəyənməyəcək, dodaq büzəcək. Deputatın söylədiyi pul deyil ki, hamı onu sevsin...
 
Bəzi deputatların maaşlarının azlığından şikayətlənməsi MM-in iki gün əvvəl keçirilən plenar iclasında da müzakirə mövzusu olub. Daha doğrusu, söhbət saxta profillərlə meydan sulayanlar barədə olub və deputat Aqil Abbas belələrinə qarşı atılan addımı dəstəklədiyini bildirib. Daha sonra deyib ki, Azərbaycan parlamentinin ən çox söyülən deputatları onun özü, Fazil Mustafa və Hadı Rəcəblidir. “Mənim atamın goruna sosial şəbəkələrdə 932 nəfər söyüblər”,-deyən A.Abbas bildirib ki, deputat maaşlarının artırılması ilə bağlı verdiyi açıqlamaya görə təhqir olunanlardan biri də odur: “Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da... “Maaşım çoxdur” deyən deputatların maaşını azaldın da...” deyən Aqil Abbas deputatlara səslənərək, onları jurnalistlərdən qorxmamağa çağırıb.

Deputat Fəzail Ağamalı isə Aqil Abbasın çıxışına sərt şəkildə etirazını bildirərək, Oqtay Əsədovdan deputat həmkarının bu cür hərəkətləri ilə bağlı nəzarətin həyata keçirilməsini xahiş edib.

Amma Aqil Abbasın çıxışını bəyənənlər də olub. Belə ki, A.Abbas danışdıqca O.Əsədov görüb ki, bəs H.Rəcəbli alqışlayır. Belə olanda da spiker Aqil Abbasın dediklərini bir qırağa qoyub, Hadı Rəcəblidən danışıb: “Mən Hadı Rəcəblinin özünə də demişəm ki, müsahibə verəndə baxın, hansı jurnalistə və hansı saytlara müsahibə verirsiniz. Bir çoxlarınız müsahibə vermək üçün sinov gedirsiz. Gündəmdə qalmaqdan ötrü hara gəldi müsahibə verirsiniz. Müsahibə verdiyiniz saytlara yaxşı baxın”.

İnsafən, ondan bu yana hansısa saytda, qəzetdə H.Rəcəblinin açıqlamasına rast gəlməmişəm. O, bir də dünən büdcə müzakirələri zamanı danışıb. Bildirib ki, şəhid ailələrinin övladlarının ödənişli ali məktəblərdə təhsil haqqından azad olunması barədə qəbul etdikləri qanunda həmin tələbələrin 23 yaşa qədər təhsil haqqından azad olunduqları göstərilir. Deputat deyib ki, bu da magistratura pilləsində problem yaradır.

Daha sonra hökumət üzvlərinə üz tutan komitə sədri şəhidlərə və Qarabağ əlilləri üçün müəyyənləşdirilən sığorta haqları ilə bağlı problemlərdən də danışıb: “Gələcək büdcə hazırlanarkən mütləq bu məsələ gündəmə gəlməlidir. Çünki bu məsələ çoxdan ortadadır”.

Açığı, Hadı Rəcəblinin bu fikirlərinə dünən bir-iki saytda rast gəldim. Öz aramızdır, adam “Qarabağ əlillərinə dərman niyə pulsuz verilməlidir”, “müəllim dərsdən sonra divar hörüb pul qazansın” desəydi, yaxşıca yıxıb sürümək olardı, yoxsa ki, belə fikirlərə yer vermək əhəmiyyətsizdir.

Nəsə, deputatlıq da asan deyil ha, belə də deyirsən, söyürlər, elə də desən...

Qalib İBRAHİMOĞLU

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa