» » Hər qrup üzrə 3 fənn - Məleykə Abbaszadədən AÇIQLAMA

Oxucular / Manşet

Hər qrup üzrə 3 fənn - Məleykə Abbaszadədən AÇIQLAMA

2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.


Trend.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub: "Bu təbiidir. 2017-ci ildə də bu məsələ ilə bağlı ilk addım atılıb. Bilirsiniz ki, 2009-cu ildən təhsil müəssisələrində kurikulum əsasında tədris qurulub. Bu il buraxılış imtahanları 9-cu sinifdə iki mərhələdə aparılıb. Buraxılış imtahanlarında tamamilə yeni növ qiymətləndirilmə, ölçmə materialları istifadə olunub. Bu tipli alətlər indi hazırlanır. Kurikulum əsasında tədris alan uşaqlar iki ildən sonra 11-ci sinifə çatanda buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər nəzərdə tutulub".

M.Abbaszadə qeyd edib ki, dəyişiklik barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.

İmtahan fənlərinin sayının azaldılmasına da toxunan DİM rəhbəri deyib ki, 2019-cu ildə qəbul imtahanlarında isə hər qrup üzrə 3 fənn təqdim olunacaq və yenə də 3 saat veriləcək: "Bu prosesdə yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar öz əksini tapacaq. Həmin tapşırıqların cavabı göstərilməyəcək və abuturiyent cavabı özü tapacaq. Bu tapşırıqların yoxlanılması da yeni üsullarla olacaq".


Shefeq.az
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa