•  – Azərbaycanla Türkiyə arasında yeni razılıq əldə olundu - Müdafiə sənayesi üzrə 
  •  – "Müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” - Baş prokurordan Saakaşvili AÇIQLAMASI 
  •  – Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA 
  •  – Baş nazir bu idarənin avtomobillərini əlindən aldı 

Ekstremizmə Yox De!


     "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi "Ekstremizmə Yox De! Dini radikallıq, ekstremizmin mənfi təzahürlərinin qurbanı olmuş şəxslərin psixo-sosial sağlamlığının bərpasına dair tədbirlər" Layihəsinin icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə dini radikallıq və ekstremizm qurbanı olmaq riskində olan uşaq və gənclər arasında dini radikallıq və ekstremizmin mənfi təzahürlərinin təbliğini və dini radikallığın qurbanı olmuş şəxslərin psixo-sosial sağlamlığının bərpasından bəhs edir. Layihə əsasında yerli icra orqanlarının iştirakı ilə Gəncə, Mingəçevir və Qubada yerləşən orta ümumtəhsil məktəblərində maarifləndirici seminarlar və təlimlər keçirilmişdir. Layihənin məqsədi dini radikalizm və ekstremizmin təsirlərinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsidir. Layihədən orta ümumtəhsil məktəblərinin, internat məktəblərinin şagirdləri, gənc valideynlər, dini ekstemizmin və radikallığın qurbanı olan uşaqlar faydalana bilər. Təhsil müəssəsilərində təşkil ediləcək görüşlər zamanı Azərbaycan Respublikasının "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktası" Haqqında Qanununa uyğun olaraq maarifləndirici və preventiv məqsədləri "Dini ekstremizm qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanununun təbliği də həyata keçirilmişdir. Orta məktəblərdə keçirilən görüşlər zamanı Azərbaycanın multikulturalizm mədəniyyəti, tolerantlıq, milli mənəvi dəyərləri və ekstremizmin mənfi təzahürləri göstərilmişdir. Layihə eyni zamanda sosial təhlükəli vəziyyətdə olan uşaqlara sosial dəstək dəstək xidmətlərinin göstərilməsi məsələsini məqsəd qoymuşdur. Ekstremizmin qurbanı olan uşaqların psixo-sosial sağlamlığının yaxşılaşdırılması üçün müvafiq dövlət və qeyri-hökümət təşkilatları, sosial xidmət mərkəzləri ilə əməkdaşlıq həyata keçirilir. Vətəndaşlar birbaşa olaraq "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzində psixo-sosial dəstək və məsləhət xidmətlərindən yararlana bilərlər.

[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube