•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Beyin əməliyyatı keçirən aktrisa Azərbaycana gələ bilmir

Tanınmış aktrisa Naibə Əlibəyova Azərbaycana qayıda bilmir.
Shefeq.az olke.az-a istinadən xəbər verir ki, aktrisanın sözlərinə görə, həkim müayinəsindən keçmək üçün Türkiyəyə getsə də, sərhədlər bağlandığı üçün Azərbaycana qayıda bilmir:
“Bir neçə ay əvvəl Türkiyəyə müayinə üçün gəlmişəm. Məlum olduğu kimi bir müddət əvvəl beyin əməliyyatı keçirmişəm. İldə iki dəfə də müayinə üçün mütləq Türkiyəyə getməliyəm. Artıq dördüncü aydır ki, buradayam. Koronavirusla əlaqədar olaraq vətənə qayıda bilmirəm. Çarter reyslər təşkil olunsa da, işlərimlə əlaqədar olaraq ölkəyə qayıtmağım mümkün olmadı”.
Qeyd edək ki, daha çox “Bəyin oğurlanması” filmindəki epizodik rolla yadda qalan Naibə Əlibəyova xərçəngdən əziyyət çəkir və əməliyyat olunduğuna görə sənətdən uzaqlaşıb.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube