•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

"Sosiskanı oğluma verirdik, özümüz ac qalırdıq" - Brilliant Dadaşova

"Ədalət müəllimlə bir-birimizə çox bənzəyirik. 1985-ci ildə tanış olmuşuq, o vaxtdan bu yana əl-ələ davam etmişik".Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "5/5" verilişində deyib. Müğənni həyat yoldaşından və yaşadıqları çətin günlərdən söz açıb:
"Pulsuz anlarımız olub. O vaxtlar paketin içində preslənmiş beş ədəd sosiska satırdılar. Onu ancaq uşağımıza verirdik, biz yemirdik. Çünki ev almışdıq, onu ödəməyə çalışırdıq. Çətinlik hər bir ailədə olub. Gənc ailə idik, hərc-mərclik zamanında yaşayırdıq. Yoldaşım Rus Dram Teatrının direktor müavini vəzifəsində çalışırdı. O dövrdə heç fikir vermirdi".
Qeyd edək ki, müğənni Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube