•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

"Koronavirus gənclərin də ölümünə səbəb olur" - Nazir

Koronavirus gənclərin də ölümünə səbəb olur.

Milli.Az bildirir ki, bu sözləri Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca koronavirusla bağlı danışarkən söyləyib. Onun dediyinə görə, Türkiyədə koronavirusdan ölənlərin 19 faizinin yaşı 60-dan azdır.


Ən son statistikaya görə Türkiyədə 34109 nəfərdə koronavirus aşkarlanıb, 725 nəfər isə ölüb. Ölənlərin 19 faizinin yaşı 60-dan azdır. 10 faizinin isə yaşı həm 60-dan azdır, həm də hər hansı xroniki xəstəliyi olmayan şəxslərdir.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 1,432,098 nəfər yoluxub. 82,099 nəfər bu virusdan ölüb, 302,247 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube