•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

Bəzi ölkələrdə koronavirusa görə ölənlərin sayının çox, bəzilərində isə az olmasının səbəbi

Koronavirusa görə ən çox insan ölümünün baş verdiyi ölkələrdən biri İspaniya olsa da, qonşusu Portuqaliyada bu rəqəmlər nisbətən aşağıdır.

Milli.Az Euronews-a istinadla xəbər verir ki, ölkələrin ərazisinin böyüklüyü buna təsir etsə də, əsas faktor onların peyvənd siyasətidir. Belə ki, İspaniya vərəm peyvəndindən imtina etməsinə baxmayaraq, Portuqaliya BCG-dan imtna etməyib.


Yeni araşdırmalara görə, vərəm peyvəndi məcbur edilən ölkələrdə koronavirus daha az yayılır. Bu iddia ilə New York Universitetinin tədqiqatçısı Gonzalo Otazu çıxış edib. O bildirib ki, koronavirusa görə İtaliya, Hollandiya və ABŞ-da insan ölümlərinin belə çox olmasının səbəbi BCG peyvəndinin vurulmamasıdır. Onun dediyinə görə, insan itkisi bu səbəbdən Yaponiyada az, İtaliyada çoxdur.

Qeyd edək ki, vərəm peyvəndi sayılan BCG tənəffüs yollarında baş verə biləcək narahatlıqlardan qorumaq üçün vurulur. BCG, yəni Bacillus Calmette-Guerin, peyvəndi hazırlayan bakterioloqlar Albert Calmette və Camille Guerin adı ilə bağlıdır.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 1,432,098 nəfər yoluxub. 82,099 nəfər bu virusdan ölüb, 302,247 nəfər isə sağalıb. Hazırda ən çox ölüm halları ABŞ, İtaliya, İspaniya və Fransada baş verir.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube