•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

Meşədə ağac kəsən şəxslər cəzalandı

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik meşəbəyliyində ağac kəsən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Big.az-a verilən məlumata görə, araşdırma zamanı qanun pozucularının Lerik rayon sakinləri Salman Həşimov və Əflatun Almasov olduğu müəyyən edilib.


Regional Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Rafael Tahirov jurnalistlərə bildirib ki, Salman Həşimov əvvəllər də meşədə qanunsuz ağac kəsdiyinə görə cərimə olunub və barəsində toplanmış materiallar hüquq-mühafizə orqanına göndərilib.

Əflatun Almasov isə əvvəllər meşə gözətçisi işləyib. Əmək funksiyasını yerinə yetirmədiyi üçün 2018-ci ildə işdən azad olunub.

Ağac kəsənlər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Lerik rayon Prokurorluğuna göndərilib.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube