•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

Bu prezident şəxsən koronavirus xəstələrini müalicə etməyə HAZIRDIR

Belarusiya Prezidenti Aleksandr Lukaşenko ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Vladimir Karanik ilə birlikdə, lazım gəlsə, insanları koronavirusdan müalicə etməyə hazır olduğunu bildirib.

Shefeq.az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə "BelTA" yazır.


"Sizin üçün bir şey edə bilərəmsə, xahiş edirəm, mənə deyin. Mən artıq nazirə də demişəm: "Lazımdırsa, Vladimir Stepanoviç, o zaman sizinlə birlikdə insanları müalicə etməyə gedərik". O isə hələ buna ehtiyac olmadığını deyib",- deyə Lukaşenko vurğulayıb.

Daha öncə o, "COVID-19" ətrafında səs-küy yaratmamağa səsləyərək bildirib ki, ölkədə koronavirus ilə bağlı vəziyyət nəzarət altındadır, kritik və ya katastrofik həddə deyil.

Qeyd edək ki, hazırda Belarusiyada 794 nəfər koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan 31 nəfəri ağciyərlərin süni ventilyasiya aparatına qoşulub.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube