•  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 
  •  – VI çağırış Milli Məclisin deputatları - SİYAHI 

Azərbaycanda gənc qız xaşdan zəhərləndi

Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə fevralın 16-da, saat 23 radələrində rayonun Yuxarı Ləki kəndində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü A.Səmədova yaşadığı evdə xaş yedikdən sonra anidən səhhəti pisləşib. Daha sonra gənc qız qıcolma olub və həmin vaxt təcili yardım çağırılıb. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanada A.Səmədovaya ilkin olaraq meningit diaqnozu qoyulub. O, müayinə və müalicə edilib. Lakin qızın vəziyyəti yaxşılaşmayıb və fevralın 17-də valideynləri A.Səmədovanın dərman içərək zəhərlənə biləcəyini dedikdən sonra onun mədəsi yuyulub.

Həmin gün A.Səmədovanın vəziyyətinin ağırlığı ilə bağlı o, Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube