•  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 
  •  – "Dövlət bayrağı haqqında" qanuna dəyişiklik edilir 
  •  – Prezident daha bir Xalq artistinə mənzil hədiyyə etdi - FOTO 

Yol polisinin postda saxladığı "BMW"dən avtomat çıxdı – İki qardaş tutuldu

İyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində - Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib. Lakin nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam edib. DİN Mətbuat Xidmətindən Shefeq.az xəbər verir ki, avtosfer.az-a verilən məlumata görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb. Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb. Avtomobilə baxış zamanı onların bu gərginliyini səbəbi məlum olub. Belə ki, yük yerinə baxış zamanı oradan “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər. 
Araşdırma aparılır.
 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube