•  – İlham Əliyev Aİ Şurasının yeni Prezidentini təbrik edib 
  •  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 

"Turanə Elçinin 2 qızının anası, Elçinin namusudur" - Xoşqədəm məhkəmə qərarından danışdı

Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin sevgili olduğu "Yetim" ləqəbli Elçinlə keçmiş həyat yoldaşı Turanənin məhkəməsinin ilkin nəticəsi açıqlanıb. 

BiG.AZ xəbər verir ki, bunu verilişdə ekspert kimi iştirak edən və Turanənin hüquqlarını müdafiə edən vəkil Tahir Əlirzayev deyib.

O bildirib ki, bu həftə yekun məhkəmə keçiriləcək: "Çox təəssüf ki, qəyyumluq komissiyası və

ekspert uşağın atada qalması ilə bağlı rəy verib. Amma düşünürəm ki, bu son deyil. Orada deyilir ki, məhkəmələr uşağının xeyrinə qərar verməlidir. Elçin elə bilir ki, rəy almaq uşağın mənafeyidir. Bacı bacıdan ayrılmaq istəmir. Təsəvvür eləyin ki, uşağın fikri Elçinlə eynidir. Mən deyirəm ki, uşaq öyrədilir. Amma yenə də məhkəmə sonda nə qərar verəcək, onu gözləmək lazımdır". 

Aparıcı Xoşqədəm Hidayətqızı məsələyə belə münasibət bildirib:

"Hələlik gözləyək. Mən qanunlara böyük hörmət edirəm. Çünki 25 ildir ki, jurnalist işləyirəm. Mənim qəzetimin bağlanması ilə bağlı yerli rayon məhkəməsinin çıxardığı qərarı Apellyasiya Məhkəməsi rədd edib. Bu gün biz qanunun əleyhinə getmirik. Qanunla məhkəmə nəyi uyğun görürsə o da olsun. Lakin mən elə bir qanun tanımıram ki, uşağı anadan alıb ataya versin. Əgər ananın əxlaqı və psixologiyası yerindədirsə uşaq anada qalır. Əgər məhkəmə uşağın alınıb anaya verilməsi ilə bağlı qərar veribsə, məqsədli şəkildə 10 yaşa çatması gözlənilibsə düzgün deyil. Hazırda evdə də heç bir təmir getmir. Turanə Elçinin 2 qızının anası, Elçinin namusudur. Bu nə inaddır. Bir uşağınızı yağ-bal içində saxlayırsınız, digəri isə polis bölmələrindədir. Qız namusdur, abır, ismətdir. Qızımızı elə böyütməliyik ki, sonrakı addımlarından utanmayaq. Qızlarınızı bir-birinə düşmən böyütməyin. 10 ildən sonra deyəcəklər ki, bu qız maşın alveri ilə məşğul olan Elçinin qızıdır. Qız atasının adı ilə tanınır".
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube