•  – Diqqət! İlham Əliyev sərəncam imzaladı 
  •  – Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 
  •  – Prezident İlham Əliyev yeni FƏRMAN imzaladı 
  •  – Prezident İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak edib - FOTO 

Bakı metrosu gecə saat 04:00-a kimi isləyəcək - AÇIQLAMA

Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilləcəyini nəzərə alaraq, paytaxt metropoliteni oyunun keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə "Bakı Metropoliteni"QSC gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən BiG.AZ-a verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub.

Bununla yanaşı, oyunun keçirilməsi üzrə təşkilat komitəsinin müraciətinə əsasən, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər edəcək. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

Sərnişinlərə yüksək səviyyədə mədəni xidmət göstərilməsi və onların məmnunluğu məqsədilə may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcək. Üzərinə “Ask me” yazılmış xüsusi geyimlərdə olacaq könüllülər müvafiq qaydada təlimatlandırılaraq, hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube