•  – Diqqət! İlham Əliyev sərəncam imzaladı 
  •  – Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 
  •  – Prezident İlham Əliyev yeni FƏRMAN imzaladı 
  •  – Prezident İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak edib - FOTO 

Bakıda borca görə prospektin işıqları söndürüldü

Gəncə prospekti bir aydır ki, zülmət qaranlıq içindədir. İşıqları qənaət üçün söndürürlər, yoxsa gözləyirlər ki, kimisə maşın vurub can alsın?
Shefeq.az qafqazinfo-ya istinadən xəbər verir ki, son bir aydır ki, bu kimi paylaşımlar sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Şikayətdə qeyd olunan Gəncə prospekti ilə yanaşı paytaxtın bir neçə prospektlərində də analoji hal müşahidə olunur.
Gecə saatlarında küçə və prospektlərdə müşahidə olunan qaranlıq isə piyada vurulması ilə nəticələnən qəzaları, avtomobillərdə oğurluq hallarının sayını artırır. Odur ki, yaranmış bu vəziyyət paytaxt sakinlərinin, ələlxüsus da, sürücülərin haqlı narazılıqlarına səbəb olub.
Məsələylə bağlı Bakı Şəhər Küçə İşıqları İdarəsinin Xətai rayon şöbəsindən qafqazinfo-ya bildirilib ki, prospekti işıqlandıran kabel sistemində nasazlıq yaşanıb, problem bir neçə günə öz həllini tapacaq:
"Bundan başqa, prospektdə yerləşdirilmiş elektrik şkaflarında oğurluq halları baş verib. Problem təqribən bir həftəyə yaxındır, yaranıb. Birigün tam həll olunacaq".
Qafqazinfo-nun əldə etdiyi digər məlumata görə, əslində, küçədə işıqların söndürülməsinin əsl səbəbi qurumun "Azərişıq" ASC-yə olan borcudur. Məlumatı "Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev təsdiqləyib. Bildirib ki, prospektin işıqları, həqiqətən də, borc səbəbindən söndürülüb.
Son olaraq onu da qeyd edək ki, paytaxt küçələrinin işıqlandırılması ilə bağlı tam əks halların yaşandığını da müşahidə edə bilərik. Məsələn, Nəsimi rayonu, Puşkin küçəsində küçə işıqları günorta saatlarına kimi söndürülmür.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube