•  – Rəhim Qazıyevdən Elçibəyə sui-qəsd ittihamına CAVAB: “Pənah Hüseyn özünü bu hökumətə sırımaq üçün...” 
  •  – Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! 
  •  – 11 min nəfərə ŞAD XƏBƏR - Prezident 7,8 milyon manat ayırdı 
  •  – Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər – Gürcü keşişlər ərazidən qovuldu – FOTOLAR 

Ailəsini Ayselin dağıtdığını deyən Turanə: "Vəkil hədələyir ki, səni həbs etdirəcəyik"

13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfova və iş adamı olan keçmiş əri Elçin Nəcəfov ətrafında qalmaqal davam edir. 


Axşam.az-ın məlumatına görə, "Səni axtarıram" verilişində Turanə Elçinin vəkilinin onu təhdid etdiyini bildirib. 

"Məktəbə gedəndə Xəyal Bəşirov da orada idi. Məni çəkdi kənara dedi ki, bir də məktəbə gəlib uşağı görsən analıqdan məhrum edəcəyik. Uşağın 10 yaşı var, onun fikri öyrəniləcək. Elə edəcəyik ki, sizdən aliment tələb olunacaq. Siz də işləmirsiz, ödəyə bilməyəcəksiz. Eləcə həbs olunacaqsan. Sonra isə sizi analıqdan məhrum edəcəyik. 

Ata həmin görüşdə var idi. Balaca qızımı yanına çəkib dedi ki, 10 yaşın tamam olanda səni də alacağıq anandan. Məni hədələdilər ki, gedib şikayət etsən, uşağı tələb etsən, mən də sənə iddia qaldıracam, aliment istəyəcəm". 

Proqramda Turanənin qızlarının məktəbdə görüşdüyü video təqdim olunub.

Qeyd edək ki, Turanə Aysel Əlizadənin onun əri ilə eşq yaşadığını bildirib. O deyib ki, Ayselə əri "Porsche" markalı avtomobil də hədiyyə edib. Elçin Nəcəfovun avtoqalerisi var və tikinti işləri ilə məşğul olur.

 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube