•  – Əli İnsanovun Prezidentə şok məktubu - 14 illik sirlər açılır 
  •  – Siyasi şizofreniya: "Keçirik ikinci plana" 
  •  – Deputat problemli kreditlərdən danışdı: "Aztəminatlı ailələr üçün..." 
  •  – Bu şəxslər evlə təmin edilsin - Deputatdan TƏKLİF 

Qida Təhlükəsizliyi Agentliyi geni dəyişdirilmiş qidalarla bağlı məlumat yaydı

Genom və gen fərqli anlayışlardır. Gen hər hansı bir orqanizmin fəaliyətini təmin edən protein, enzim və digər biokimyəvi maddələrin hüceyrə daxili istehsal prosesinin təlimatını kodlaşdıran DNT fragmentidir. Başqa sözlə ifadə etsək, gen spesifik biokimyəvi maddənin istehsalı üçün təlimat mətnidir. Genom isə orqanizmin bütün genlərini əhatə edən təlimat kitabçasıdır. Bu təlimat kitabçasında spesifik biokimyəvi maddənin istehsal olunacağı toxuma və hüceyrə, miqdarı və zamanı öz əksini tapır.

BiG.AZ bildirir ki, bəşəriyyət əsrlər boyu süni yetişdirmə üsulları ilə təbiətdə mövcud olan bir çox bitki və heyvanın genomunu dəyişdirmişdir. Süni seleksiya metodları ilə istənilən xüsusiyyətlər seçilərək bu günə qədər şirin qarğıdalıdan başlamış müxtəlif növ ev heyvanlarına qədər bir çox bitki və heyvan cinsi yetişdirilmişdir. Süni seleksiya metodları ilə təbiətdə mövcud olan genetik variasiyaları seçərək onların yayılmasını təmin etmək olur. Yaxın onilliklərdə gen mühəndisliyi sahəsində əldə edilən nailiyyətlər təbiətdə mövcud olmayan genetik modifikasiyaların dizayn edilib həyata keçirilməsinə imkan yaratmışdır.

Dünya əhalisinin və şəhərləşmənin sürətli şəkildə artması genetik modifikasiya olunmuş orqanizmlərin gündəlik həyatımıza inteqrasiyasını asanlaşdırmışdır. Günümüzdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin və pestisid istifadəsinin azaldılması, qida tərkibinin zənginləşdirilməsi və keyfiyyətinin artırılması, xəstəliklərə və ətraf mühitin təsirlərinə qarşı müqavimətin qazanılması məqsədi ilə yeni genetik tərkibli bitkilər yaradılmışdır. Herbisidlərə qarşı dayanıqlı soya, böcəklərə qarşı dayanıqlı qarğıdalı, yağ turşusu tərkibi dəyişdirilmiş kanola, viruslara qarşı müqavimət qazandırılmış gavalı, vitamin tərkibi zənginləşdirilmiş düyü genetik modifikasiya olunmuş bitkilərə misal olaraq göstərilə bilər.

Gen mühəndisliyi metodları eyni zamanda bioplastik istehsalında və dekorativ bitki sənayesində də geniş şəkildə tətbiq edilir.

Qeyd etmək lazımdır ki, bitkiciliklə yanaşı heyvandarlıq sahəsində də bu metodların tətbiqi artmaqdadır. Böyümə prosesi sürətləndirilmiş və ölçüləri böyüdülmüşsomon balıqları, dəli dana xəstəliyinə qarşı immuniteti artırılmış mal-qara, omega-3 yağ turşusu ilə zənginləşdirilmiş, xolesterol miqdarı vəya yağ turşusu tərkibi dəyişdirilmiş mal-qara və donuz genetik modifikasiya nümünələri olaraq göstərilə bilər. Dünya əhalisinin artım sürətini nəzərə alaraq yaxın gələcəkdə istehlak edilən ətin təminatında ciddi problemlərlə qarşılaşacağımızı təxmin etmək mümkündür. Hal-hazırda qida ehtiyatının artırılması istiqamətində gen mühəndisliyi metodlarından istifadə getdikcə artır. Belə ki, gen mühəndisliyi metodları ilə kənd təsərrüfatı heyvanlarının istehsal etdikləri südün tərkibində olan faydalı proteinlərin miqdarı ya artırılır ya da südün tərkibinə tamamilə yeni proteinlər əlavə edilir.Tərkibi dəyişdirilmiş süd ilə qidalanan yeni doğulan heyvanların inkişaf prosesininin sürətlənəcəyi, çəkilərinin artacağı və xəstəliklərə qarşı müqavimətlərinin güclənəcəyi ehtimal olunur.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube