•  – Əli Əhmədov: "Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir" 
  •  – Azərbaycan himninin oxunmasına və dinlənilməsinə dair yeni tələblər müəyyənləşib 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 
  •  – Komitə sədri: "Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək" 

“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar tutuldu

Polis əməkdaşları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. 
DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.
Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd bəzgək quşu aşkar edilərək götürülüb.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kürdmaşı kənd sakinləri Q.Hüseynov və T.Xəlilovdan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-63” markalı tüfənglər, habelə ovladıqları 2 ədəd dovşan aşkar edilərək götürülüb.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube