•  – Əli Əhmədov: "Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir" 
  •  – Azərbaycan himninin oxunmasına və dinlənilməsinə dair yeni tələblər müəyyənləşib 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 
  •  – Komitə sədri: "Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək" 

Oğurluğa görə tutulan şəxslərin digər cinayəti üzə çıxdı

Xəzər rayonu ərazisindəki evlərin birindən pul oğurlanması barədə Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və bu il fevralın 1-də həmin mənzildən 1600 ABŞ dollarının oğurlanması məlum olub.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onların Binə qəsəbə sakinləri A.Qazıyev, C.Həsənov və V.Qasımov olmaları müəyyən edilib.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki bir mağaza və evdən ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
2-ci PŞ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 24-də rayon ərazisindəki evlərin birindən 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən şəxs də saxlanılıb.
Saxlanılan şəxsin Binə qəsəbə sakini E.İsmayılov olması, həmçinin əvvəllər oğurluq və narkotik vasitə istifadə etdiyinə, daşıdığına görə məhkumluq həyatı yaşadığı müəyyən edilib.
Faktlarla əlaqədar araşdırmalar aparılır.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube