•  – Əli Əhmədov: "Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir" 
  •  – Azərbaycan himninin oxunmasına və dinlənilməsinə dair yeni tələblər müəyyənləşib 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 
  •  – Komitə sədri: "Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək" 

"Bakubus" avtobusu DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: 1 ölü, 2 yaralı

"Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurub, biri ölüb, ikisi xəsarət alıb.

Shefeq.az report-a istinadən xəbər verir ki, hadisələrdən biri ötən gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun keçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus, 99 JH 068 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus yolu keçən ahıl yaşlı Mehriban Hüseynovanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.


Digər hadisə isə ötən gün axşam saatlarında Binəqədi rayonu 8-ci mikrorayon ərazisində baş verib. “Bakubus”a məxsus, 99 JH 075 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus 2 piyadanı vurub. Xəsarət alan piyadalardan biri evə buraxılıb. 1949-cu il təvəllüdlü Dinar Həmidzadə ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, ölümlə nəticələnən qəza piyadanın piyadalar üçün müəyyən olunmayan yerdən keçməsi səbəbindən baş verib. Hazırda məsələ bağlı həm BNA, həm də digər müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube