•  – Azərbaycanla Türkiyə arasında yeni razılıq əldə olundu - Müdafiə sənayesi üzrə 
  •  – "Müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” - Baş prokurordan Saakaşvili AÇIQLAMASI 
  •  – Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA 
  •  – Baş nazir bu idarənin avtomobillərini əlindən aldı 

Koroğlu Culfa gömrüyündə 105 kq heroinlə tutuldu - FOTOLAR

Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin Muxtar Respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) BiG.AZ-a verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb.

Belə ki, Naxçıvana gələn 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı "Renault" markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.


Gömrükçülər qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə - heroin aşkar edərək götürüb.

Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyə gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İstanbul şəhərinə aparacağını deyib.

Faktla bağlı Naxçıvan DGK-nın İstintaq şöbəsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.
Koroğlu Culfa gömrüyündə 105 kq heroinlə tutuldu - FOTOLAR
Koroğlu Culfa gömrüyündə 105 kq heroinlə tutuldu - FOTOLAR
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube