•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

"Qəmbər və Kərimli hakimiyyətə bəlkə qayıtdıq planları üzərində çalışırlar"

Niyaməddin Orduxanlı: “Radikal müxalifətin indiki tutduğu mövqe aç canavarın pusqu da durmuş məqamına bənzəyir”

Radikal düşərgə deyəsən yenidən xaricdəki havadarlarından tapşırıq alıb. Bir neçə gündür ki, həmin düşərgədə təmsil olunan AXCP və Müsavat rəhbərliklərinin hakimiyyətin ünvanına səsləndirdiyi əsassız və böhtan dolu fikirlər, cəmiyyəti çaşdırmağa hesablanmış açıqlamalar belə deməyə əsas verir. Amma maraqlısı odur ki, adətən radikallar ölkədə keçiriləcək hər hansı bir seçki öncəsi “aktivləşirlər”. 

Cari ildə Azərbaycanda hər hansı bir seçkinin keçirilməyəcəyi nəzər alınsa, “müxaliflər”in hansı zərurətdən “aktivləşmələri” sual doğurur. Elə bu suala aydınlıq gətirmək və radikal düşərgədə cərəyan edən proseslərə nəzər salmaq üçün Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdi.

- Niyaməddin bəy, son günlər radikal düşərgədə yeni bir hərəkətlilik müşahidə olunur. Daha doğrusu AXCP və Müsavat rəhbərliyi yerli-yersiz, haqlı -aqsız hakimiyyəti tənqid edir. Sizcə indiki situasiyada radikalları danışdıran, onları önə verən əsas amillər nədir?

- Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda açıq şəkildə xalqa çatdırdı ki, Azərbaycana qarşı mütəmadi qaydada qarayaxma , böhtan, təhqir kampaniyaları aparılır. Və onların əsas məqsədi Azərbaycanı apardığı müstəqil siyasətdən çəkindirməkdir. Söhbət bir sıra beynəlxalq təşkilatların münasibətindən gedir. Hər kəsə aydındır ki, ölkədə fəaliyyət göstərən radikal müxalifət hər zaman bu qüvvələrlə sıx əməkdaşlıq edib və onların Azərbaycanda bir nömrəli sözçüsü olublar. Bir-birilərinə nifrət etməklərinə baxmayaraq xarici təsir nəticəsində birgə fəaliyyət də aparıblar. İndiki məqamda isə, bəllidir ki, həm beynəlxalq fəaliyyətdə, həm də daxili təsirlərlə yenə Azərbaycanın əleyhinə yönəlik kampaniya aparılır. Bu dəfə də baş rolda Əli Kərimli və İsa Qəmbərdən yararlanırlar. İki ildir ki, dünyada neft qiyməti 3 dəfədən artıq ucuzlaşıb. Bilirsiniz ki, Azərbaycanın əsas gəlir mənbəyi neftdən əldə edilən gəlirlərlə bağlıdır. Dövlət büdcəsinin təxminən 80 faiz neftlə qazanılan vəsaitlə dolur. Bir sözlə, biz də neftdən asılı ölkəyik. Bəlli səbəbdən, ABŞ-in Rusiyaya iqtisadi təzyiqi zəminində süni şəkildə neftin qiymətini aşağı salıblar. Bu da istər-istəməz Azərbaycan tipli dövlətlərə ciddi təsir edir. 2017-ci il budcəmiz 3 dəfə azalıb. Bu da təbii olaraq əhalinin sosial vəziyyətinə ciddi təsir etməkdədir.

- Ümumiyyətlə, radikalların aktivliyinin arxasında nə dayanır?

- Belə bir məqamda həmin radikal müxalifət- İsa Qəmbər , Əli Kərimli və başqaları insanlarıın bu vəziyyətindən yararlanaraq ölkədə insanların narazılığının artmasını təşkil edib hakimiyyətə bəlkə qayıtdıq planları üzərində çalışırlar. Bütün məqsədləri odur ki, kütləvi mitinqlər təşkil etsinlər. Açıq şəkildə danışmaq lazımdır. Bunlar sosial partlayıların olmasını arzulayır və bu yöndə fəaliyyət göstərirlər. Son günlər radikal müxalifətin apardığı siyasət buna köklənib. Yuxarıda sadaladığım kimi müəyyən beynəlxalq təşkilatlarla əməkdaşlıq edib, Azərbaycan hakimiyyətinə, konkret olaraq cənab prezident İlham Əliyevə təzyiq etmək və imkan düşdükcə insanları hakimiyyətin üzərinə qaldırmaq əsas məqsəddir. 

Ancaq ictimaiyyət çox yaxşı bilir ki, radikal müxalifət yalnız özlərinin məqsədləri üçün bu cür mövqe tutublar. Ölkədə qarşıdurma yaratmaqla vəzifə başına keçmək istəyirlər. Radikal müxalifətin indiki tutduğu mövqe aç canavarın pusqu da durmuş məqamına bənzəyir. İnanmıram ki, cəmiyyət bu şəxslərə ciddi şəkildə dəstək versin Bu qüvvələr 25 ildir bir-birinə nifrət dolu münasibət göstərib. Hətta ən aşağılayıcı təhqirlərə belə əl atıblar. Bütün xalq indiyə qədər baş verənləri yaxından izləyib. İnanmıram ki, İsa Qəmbərlə Əli Kərimli axirətdə də bir-birilərini qəbul etsinlər.

- Əli Kərimli statuslarından birində iddia edir ki, hakimiyyət seçki ərəfəsində olsaydı erməni tərəfdə qalan şəhid Çingiz Qurbanovun nəşini qısa müddətdə geri alardı. Amma indi seçki dövrü olmadığı üçün buna maraq göstərmir. Sizcə bu nə dərəcədə doğru yanaşmadır?

- Əli Kərimliyə demək lazımır ki, aprel döyüşlərində yazdığı statuslar Ermənistan tərəfinin bir nömrəli mətbuat xəbərinə çevrilmişdi. 60-70 nəfər Sürət Hüseynovun banditinin qırxusundan qaçıb gizlənən Əli Kərimlinin “qəhrəmanlıqdan” danışması sadəcə gülüş doğurur. 1993-cü ildə onun hansı cəsarətə sahib olduğunu ən yaxın adamları da görüb. Bilirsiniz ki, Sürət Hüseynovun qorxusundan Bakıda qalmadı, qaçıb Naxçıvana və ordan da Türkiyəyə sığındı. Sonralar əldə edilən razılığa əsasən Bakıya qayıtdı və bütün fəaliyyətini müxalifətin zəiflədilməsinə, xüsusən də sədri olan Əbülfəz Elçibəyin nufuzuna zərbə vurulmasına , partiya daxilində Elçibəyin imkanlarını zəiflətməyə yönəltdi. Hətta bununla bağlı hakmiyyətin yuxari səviyyəsində deyilib ki, Əli Kərimli Elçibəyi sataraq hakmiyyətə işləyib. Bu danılmaz faktıdır. Məhz, Əli Kərimli 2000-ci ildə mərhum Heydər Əliyevin səhhətinin pisləşməsindən istifadə edib, hakimiyyətə etdiyi xəyanatə görə, cəzalandırılıb. Hər zaman müsavatçılar bu faktı Əli Kərimlinin başına qaxınc kimi vururlar. Bu gün bu tarixi yaşayan və Əli Kərimli kimlərə etdiyi xəyanəti görən, yüzlərlə, minlərlə şəxs var . Və onların böyük əksəriyyəti də Əli Kərimlinin necə “qəhrəman” olmasını görüblər. Boş-boş danışmaq və yazmaqdan başqa bir şey deyil..

- Müsavat başqanı Arif Hacılı isə iddia edir ki, müxalifət tezliklə toparlanaraq hakimiyyətə gələcək. Rəhbərlik etdiyi partiyanı toparlaya bilməyən biri müxalifəti necə toparlayacaq?

- Kiminlə gələcəklər hakmiyyətə? Hansı vasitə ilə gəlirlər hakmiyyətə? 20 ildən artıqdır hər il İsa Qəmbər bəyanat verir ki, bu il hakimiyyətə gələcəyik. Artıq son vaxtlar isa Qəmbərin gəlirik devizini lətifəyə çevirmişdilər. Görünür Arif Hacılı da keçmiş başqanın yolu ilə gedir. Yəqin 20 il də Arıf Hacılı deyər ki, tezliklə hakimiyytə gələcəyik. Keçən dəfə mətbuat vasitəsi ilə İsa Qəmbər bəyan etdi ki, indiki sosial vəziyyətdən çıxmaq üçün “Strateji Yol Xəritəsi” hazırlayıblar. Və bundan indiki hakmiyyət istifade etsə, yəni İlham Əliyev vəziyyəti düzəldə bilər. Belə məqam da İsa Qəmbərdən soruşuram, Siz “Strateji Yol Xəritəsini” hazırlamağı bacarırsınızsa, niyə Müsavat Partiyası 3-4 yerə parçalandı? Son qurultayınızda rəsmən başqan olmaq istəyən 3 nəfərin ikisi Qubad İbadoğlu ilə Tural Abbaslı öz tərəfdarları ilə birlikdə partiyadan ayrılıb, yeni partiya , hərəkat yaratdılar. Bunun qarşısını alardın. Hələ mən 1992-ci ildə Müsavat Partiyasını quran şəxsləri, Sülhəddin Əkbəri, Rauf Arifoğlunu, Hikmət Hacızadəni, İbrahim İbrahimlini, Vurğun Əyyubu və başqalarını demirəm. Gülməli görünür. Müsavat Partiyası çox böyük itkilərə məruz qalıb. Ən böyük mətbuat dəstəyi verən Rauf Arifoğlu da bundan imtina edib. Bu gün Arıf Hacılının dediklərinin həqiqət olduğuna inanmıram və yaşayarıq, görərik.

- Görünən odur ki, Azərbaycan prezidentinin atdığı iradəli addımlar bəzi xarici dairələri narahat edir. Onlar da təsir dairəsi kimi radikallardan istifadə edirlər. Bəs sizcə həmin dairələr istədiklərinə nail ola biləcəklərmi?

- Fikirlərimin əvvəlində qeyd etdim. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları heç zaman uğur qazana bilməyəcək. Xüsusilə də, belə çirkin əməllər iflasa uğrayır və uğramaqda davam edəcək. Prezident İlham Əliyevin qaldırdığı məsələ Azərbaycanın milli məsələsidir. Bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan dövlətçiliyinə qarşı qarayaxma, ölkəmizin imicinin korlanmasına yönəlik bir kampaniya aparılır. Cənab Prezident də haqlı olaraq bunu xüsusi qabardıb cəmiyyətə çatdırdı. Uzun müddətdir ki, Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə belə bir çirkin kampaniya gedir. Bu prosesə də Azərbaycanı sevməyən bəzi beynəlxalq qurumlar qoşulublar. Hansı ki, həmin qurumlar erməni lobbisi və diasporu ilə yaxından əməkdaşlıq edir, onların maliyyə dəstəyilə fəaliyyət göstərirlər. Bəzən onların bu kimi çirkin əməllərinə bir sıra qonşu müsəlman ölkələrindən də dəstək gəlir. Erməni lobbisinin Azərbaycana yönəlik çirkin kampaniyasında təəssüf ki, onlar da iştirak edirlər. Onlar açıq şəkildə Azərbaycanın milli maraqlarına, imicinə zərbə vurmaq yolunu tutublar. Təəssüflə bir faktı da diqqətinizə çatdırmaq istəyirəm ki, bir çox hallarda Azərbaycanın dövlət olaraq beynəlxalq qurumlarda fəaliyyətinə də kölgə salınmağa cəhdlər olur. 

Bilirsiniz ki, bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlanan ərəfədə Ermənistan dövlətinin Çexiyada fəaliyyət göstərən, düşmən ölkədə güclü fəaliyyəti olan “Pin” təşkilatı ilə birgə layihəsi çərçivəsində bir sıra Azərbaycan vətəndaşının AŞPA-ya müraciəti oldu. Mətbuatda kimliyini açıqladığım 58 azərbaycanlının içərisində QHT rəhbərləri, hüquq müdafiəçiləri və bəzi jurnalistlər var idi. Onlar həmin layihə çərçivəsində AŞPA prezidentinə müraciət edirdilər ki, Azərbaycan dövləti bu qurumdan xaric, ya da səsvermə hüququndan məhrum edilsin. Bu da xüsusi olaraq erməni lobbisinin hazırladığı bir layihə idi. Onlar bununla Azərbaycanı beynəlxalq təşkilatlardan uzaqlaşdırmaq, dövlətimizin imicinə zərbə vurmağa, Dağlıq Qarabağ məsələsində ölkəmizin əlaqələrini zəiflətməyə çalışırdılar. Təəssüf ki, özlərini “qəhrəman”, “vətənpərvər” kimi təqdim etməyə çalışan bir sıra azərbaycanlı insanı da bu məsələyə imza atıb. Bu isə bağışlanılmaz səhv idi. Bu fonda Cənab Prezident haqlı olaraq sözügedən məsələni qabardıb. Təbii ki, bu barədə də onun informasiyası daha çox və zəngindir. AŞPA-da bildiyiniz kimi həmin müraciətdən sonra səsvermə oldu. Bu əsasda da həmin şəxslərin müraciəti və ermənilərin canfəşanlığı heç bir nəticə vermədi. Hər halda AŞPA-da fəaliyyət göstərən insanlar da bunun fərqindədir. 

Onlar Azərbaycan dövlətinin doğru yolda olduğunun da fərqindədirlər. Ona görə də sevindirici haldır ki, bu cür təxribatlara əhəmiyyət vermirlər. Bu faktın özü də onu göstərir ki, bəzi xarici dairələr, erməni lobbisi və onlara dəstək olan daxildəki satqınların dövlətimiz əleyhinə yönəlik əməkdaşlığı heç bir nəticə verməyib və bundan sonra da verməyəcək. Belə qüvvələr heç bir nəticə əldə etmədi və fəaliyyətləri bununla da bütövlükdə iflasa uğradı. Bir daha qeyd edirəm ki, heç zaman ölkəmiz əleyhinə olan qüvvələr ciddi nəticələr əldə edə bilməyəcəklər. Bu da Azərbaycan dövlətinin yeritdiyi siyasət və tutduğu doğru mövqedən irəli gəlir.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube