» » Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirilir

Maraqlı / Manşet

Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirilir

Azərbaycanda istifadə edilmiş plastik şüşələr və alüminium qutular artıq bir tullantı deyil, əlavə gəlir mənbəyidir.
Shefeq.az məlumatına görə, əlavə gəliri çox asan üsulla əldə edə biləcəksiniz. Sadəcə istifadə edilmiş konteynerləri tullantı qutularına deyil, "Fandomat"lara daxil edəcəksiniz və maliyyə bonuslarından yaralancaqsınız.

Layihənin əsas hissələrindən biri olan "Fandomat"lar necə çalışır?

Boş plastik şüşə və ya alüminum qutu fandomata daxil edilir, skaner vasitəsi ilə barkod oxunur, çəki və ölçü tanındıqdan sonra fandomat taranı qəbul edir. Tara qəbul olunduqdan sonra müştəri alacağı bonus növünü seçir:

1. Bağış - təslim edilmiş konteynerlər əvəzinə müxtəlif xeyriyyə fondlarına bağış vermək imkanı
2. Vauçer - təslim edilmiş konteynerlər əvəzinə supermarketlərdə alış veriş etmək üçün xüsusi çek
3. Danışıq dəqiqələri - təslim edilmiş konteynerlər əvəzinə danışıq dəqiqələri

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa