» » Milyonlarla proqram istifadəçisinin məlumatları ələ keçdi

Maraqlı / Kiçik Manşet / Texno

Milyonlarla proqram istifadəçisinin məlumatları ələ keçdi

Naməlum hakerlər 130 milyon nəfər “Windows” istifadəçisi tərəfindən istifadə edilən populyar “CCleaner” proqramına hücum təşkil ediblər. 

Shefeq.Az lent.az-a istinadən xəbər verir ki, hakerlər ziyanverici kodu avqustun 15-də və 24-də müvafiq olaraq istehsal edilmiş “CCleaner 5.33.6162”, həmçinin “CCleaner Cloud 1.07.3191” versiyalarına yükləyə biliblər.

Onların istifadəyə verilməsindən sonra məlum olub ki, əlavə ABŞ-da yerləşən serverə kompüter istifadəçiləri haqqında məlumatları ötürür. 

Virusa yoluxmuş “CCleaner” versiyalarının ötürdükləri məlumatlar arasında kompüterin adı və İP ünvanları, həmçinin kompüterə yüklənmiş əlavələrin siyahısı da mövcuddur. Hazırda ABŞ hökumətinin göstərişi ilə bu server söndürülüb.

“Pirinform” şirkətində isə hesab edirlər ki, virusa yoluxmuş versiyanı “CCleaner” istifadəçilərinin 3 faizi öz kompüterlərinə yükləyə bilər. Bu isə təxminən 2,3 milyon nəfərə bərabərdir. 

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa