•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Samir Əliyev: Problemli kreditlərin həcminin 1,74 milyard manata çatması tarixi rekorddur

Cari ilin iyul ayının 1-nə 1739,8 milyon manat kreditin ödəmə vaxtı keçib

Shefeq.az xəbər verir ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,8 faizini təşkil edib. Ümumilikdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə problemli kreditlər 14,9 faiz artıb. 

Vəziyyəti şərh edən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, problemli kreditlərin həcminin 1,74 milyard manata çatması tarixi rekorddur: “İndiyə qədər vaxtı keçmiş kreditlərin həcmi bu həddə çatmayıb”.

Problemli kreditlərin, əsasən, dollarla kreditlər üzrə yarandığını deyən ekspert bildirir ki, manatın məzənnəsinin 1.70 olması vaxtı keçmiş kreditərin məbləğinin artımını bir qədər azaldıb: “Dolların manata nəzərən məzənnəsi ilin əvvəlindəki kimi 1,92 manat təşkil etsəydi, o halda problemli kreditlərin həcmi daha yüksək olardı”.

Devalvasiyadan sonra manatın dəyərini 2 dəfə itirdiyini vurğulayan iqtisadçı-ekspert bildirib ki, dollarla kredit ödəyənlərin aylıq ödənişləri 2 dəfə artdı.

S.Əliyev qeyd etdi ki,kreditlərin qaytarılmaması banklar üçün problem yaradır: “Devalvasiyadan sonra 13 bank ləğv edilib. Onlardan 11-nin lisenziyası geri alınıb, 2-si isə birləşib. Bununla belə, banklarda yaranan problem həllini tapmayıb”. 

Onun sözlərinə görə, ödəmə vaxtı keçmiş kreditlər məsələsi yaxın gələcəkdə Azərbaycan üçün ciddi problemə çevriləcək: “Bu məsələ bankların maliyyə vəziyyətinə, inkişafına, kreditləşməsinə mənfi təsir göstərəcək”. 

Bankların xarici öhdəliklərini azaltdıqlarını deyən S.Əliyev bildirir ki, banklar yeni kreditləşmədə maraqlı deyillər: “Məzənnənin sabit olduğu zaman Azərbaycanda əmanətlər üzrə faizlər 16-17-18 faiz təşkil edirdi. Dollar və manat üzrə əmanətlərin faizləri eyni idi. Bu zaman banklara xaricdən kredit götürmək sərf edirdi. Çünki xaricdən götürülən kreditlər 3-10 faiz arasında dəyişirdi. Bu gün banklar xaricdən kredit almaqda maraqlı deyillər. Bu da təbiidir. Xarici banklar sənədləşmə, şəffaflıq tələb edir”. 

S.Əliyev bankların əhalidən götürdükləri əmanətləri kredit şəklində verməkdə daha maraqlı olduqlarını irəli sürür: “Yəni Azərbaycanda dollar depozitləri ucuz və şərtləri yüngül olduğundan banklar xaricdən kredit götürmürlər”.


shefeq.az
Оставить комментарий
Amoxicillin For Cats Without Prescription cialis price Posologia Propecia Dia Tadalafil Tablets 10 Mg Secure Ordering Stendra Where To Buy Cheapeast
O Posso Comprare Kamagra Acheter Baclofen Achat Cialis Medicament priligy presentacion Amoxicillin For Urinary Tract Infection Viagra Rezeptfrei Versandapotheken
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube