•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Samir Şərifov inhisarçılara işləyir?

Azərbaycanda məmurlar ən yüksək tribunalardan inhisarçılığa qarşı amansız mübarizə ilə bağlı bəyanatlar verirlər. Amma əslində bu bəyanatlar söz yığınından başqa bir şey deyil. İnhisarçılıq problemi ilə bağlı sahibkar, “Akşin-N” şirkətinin təsisçi və direktoru Nisbət Fərhadova LEGİON-a müraciət edib: “ 2012-ci ildə “Akşin-N” MMC şirkətini təsis edərək Azərbaycana mərmər, dəmir, qida məhsulları idxal etmişəm. Mən Azərbaycana tütün məhsulları gətirməyi həmişə istəmişəm. Ancaq uzun müddət bu sahə 4 şirkətin monopoliyasında olub”

Müxbirimizin “ Bu inhisarçılıq konkret necə həyata keçirilir?” sualına Nisbət Fərhadova belə cavab verib: “ Son 25 ildə Azərbaycana tütün məhsulları, alkoqollu içkilər gətirmək üçün lisenziya ancaq inhisarçı şirkətlərə verilib. Lakin 21 dekabr 2015-ci ildə prezident Azərbaycana tütün məhsulları və alkoqollu içkilər gətirmək üçün lisenziyanı ləğv etdi.

Bu faktiki olaraq inhisarçılığın ləğv edilməsi demək idi. Ona görə də mən Prezident Adminstrasiyasına müraciət edərək Belarus Respublikasının Qrodno şəhərində yerləşən “NEMAN” tütün fabrikindən ölkəmizə tütün məhsulları gətirmək məqsədim olduğunu bildirdim. Mən hətta Adminstrasiya əməkdaşlarına inhisarçıların mənim biznesimə mane olacağı barədə narahatçılığımı da bildirdim. Adminstrasiyadan məni Maliyyə Nazirliyinə göndərdilər. Orada məni nazir müavini Azər Bayramov qəbul etdi. Və mənə söz verdi ki, mənim biznesimə hər cürə kömək edəcək.

Ölkəyə tütün məhsulları gətirmək üçün Maliyyə nazirliyi idxalçı şirkətə aksiz markası verməlidir. Azər Bayramov mənə söz verdi ki, 5 gün müddətində “Akşin-N” şirkətinə aksiz markası veriləcək. Nazir müavini ilə söhbətimdən sonra mən 2016-cı iin aprelində öz nümayəndəmi 5 milyon dollar dəyərində tütün məhsulları almaq üçün Belarusun Qrodno şəhərindəki “NEMAN” şirkəti ilə müqavilə bağlamağa göndərdim”.

Fərhadovanın LEGİON-a dediklərinə görə, “NEMAN” şirkəti ilə müqavilə bağlanandan sonra o aksiz markası almaq üçün Maliyyə nazirliyinə müraciət edir: “ 4 iyun 2016-cı ildə Maliyyə nazirliyinin mətbuat katibi və qurumun Apellyasiya şurası katibliyinin rəhbəri Mais Piriyev mənə bildirdi ki, tütün məhsulları üçün aksiz markası yoxdur.

16 iyun 2016-cı ildə nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov mənə məktub yazaraq bildirdi ki, 25 mayda aksiz markası istehsal etmək üçün tender keçirilib və istehsalçı müəyyən edilib. 11 avqustda Mais Piriyev mənə bildirdi ki, artıq tender keçirilib və yaxın vaxtlarda tütün məhsulları üçün lazım olan aksiz markası ölkəyə gətiriləcək”.

Beləliklə Nisbət Fərhadova nazir müavininin ona vəd verdiyi üçün arxayın olaraq aksiz markasının gəlməyini gözləməli olur. Ancaq Fərhadova 13 fevral 2017-ci il tarixdə nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinovun imzası ilə məktub alır. Məktubda qeyd olunur ki, aksiz markası almaq üçün idxal olunan məhsulla bağlı müqavilə Maliyyə nazirliyinə tədim olunmalıdır: “ Sizə bildiririk ki, “Akşin-N” şirkətinin ölkəyə tütün məhsulları idxal etmək üçün müqavilə bağladığı “NEMAN” şirkətindən nazirliyə məktub daxil olmuşdur.

Məktubda qeyd olunur ki, “NEMAN” şirkəti öz məhsullarının müstəsna satış hüququnu “CRESCO” MMC-yə vermişdir. Məktubda o da qeyd olunur ki, “NEMAN” şirkəti digər Azırbaycan şirkətləri ilə bağladığı müqaviləni ləğv edir”.

Müxbirimizin “ Siz indi nədən narazısınız..? “NEMAN” şirkəti kimlə müqavilə bağlamağı özü müəyyən edir” fikrinə Nisbət Fərhadova belə münasibət bildirdi: “ “Elədir. Amma eyni zamanda 9 fevral 2017-ci ildə “NEMAN” şirkəti baş direktorun müavini A.N.Şaqunun imzası ilə Maliyyə nazirliyinə məktub göndərərək bildirib ki, mənimlə və digər Azərbaycan şirkətlərləi ilə bağlanan müqavilələrin ləğv olunmasının səbəbi “NEMAN” şirkətinin tütün məhsullarının idxalı üçün lazım olan aksiz markalarının ”CRESCO” MMC –yə verilməsi olub. Deməli, “Akşin-N” üçün nəzərdə tutulan aksiz markaları “CRESCO”ya verilib. Burda məqsəd monopolistlərə mane ola biləcək şirkətlərin bazardan çıxarılması olub”.

“Akşin-N” şirkətinin direktoru Maliyyə nazirliyindən aldığı və onun dediklərinin tam həqiqət olduğunu təsdiq edən məktubları LEGİON-a təqdim etdi. Nisbət Fərhadovanın vəkili Tahir Xanəliyev LEGİON-a açıqlamasında bildirib ki, NEMAN şirkətinin rəhbərliyi öz məktubunda yazır ki, aksiz markaları CRESCO şirkətinin adına göndərilib, ona görə də digər şirkətlərlə müqavilələr ləğv olunub: “ Lakin şirkətlər arasında bağlanan müqavilələr ancaq hər iki tərəfin razılığı ilə ləğv oluna bilər. Birtərəfli ləğv üçün ancaq məhkəmə qərar verə bilər”.

Biz məsələ ilə bağlı Maliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqı saxlamağa cəhd etdik. Ancaq mətbuat xidmətinin əməkdaşı ( ad və soyadını demədi ) sualımıza cavab verməkdən imtina edərək, sualları nazirliyin elektron poçtuna göndərməyi məsləhət bildi.
Оставить комментарий
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту, или вы просто не хотите оставлять следы в интернете Используйте tor браузер для windows на русском он обходит все возможные блокировки провайдеров и обеспечивает анонимность. скачать тор браузер бесплатно https://tor-browser-vpn.ru/
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube