•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

SOCAR-ın satdığı xam neft martda kəskin bahalaşıb

SOCAR mart ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.

Shefeq.az xəbər verir ki, SOCAR-dan APA-ya verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 51,57 dollara, Urals nefti 50,20 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 52,86 dollara satılıb.

Qeyd edək ki, fevralda dünya bazarında Brent tipli xam neftin 1 bareli 55,11 dollara, Urals nefti 54,01 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 56,63 dollara satılıb. Beləliklə, Brent tipli neftin qiyməti 6,4%, Urals neftinin qiyməti 7,05%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 6,7% azalıb.

Ötən ilin martında dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,49 dollara, Urals nefti 37,18 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 39,80 dollara satılıb.

Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 34%, Urals neftinin qiyməti 35%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 32,8% artıb.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube