•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Həyatda heç kimi qalmayan adam!!!

2007-ci ilin noyabr ayında iki övladını birdən itirən İsbat kişi bütün ümidlərini yeganə övladı Qorxmaza bağlamışdı

"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın, uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 8 neftçinin axtarışları davam edir. Sputnik Azərbaycan-ın əməkdaşı bir müddət əvvəl Hacıqabul rayon Atbulaq kəndində olub və itkin düşən neftçi Qorxmaz Rüstəmovun atası İsbat kişi ilə danışıb.

Neftçinin atası öldüsü-qaldısı məlum olmayan oğlu haqqında danışmağa çətinlik çəkirdi: "Bala, nə bilirəmsə, demişəm. Oğlum 1974-cü il təvəllüd idi. Hardasa 10-12 il olar ki, dənizdə işləyirdi. Ailəli idi, amma övladı yox idi". İsbat dayı danışır ki, 10 il əvvəl digər 2 uşağını qəzada itirib. 2007-ci ilin noyabr ayı İsbat kişi üçün çox ağır olub. Belə ki, övladları avtomobil qəzasına düşərək dünyasını dəyişiblər. Qəza zamanı qızı və oğlunu itirən İsbat kişi bütün ümidlərini yeganə övladı Qorxmaza bağlayıb. Qorxmazgilin həyətində adam çox idi. Hamı Qorxmazın yaxşı oğul olduğunu deyirdi. İsbat kişinin isə beli əyilmiş, fikirli gözləri daha da dərinləşmişdi. "Bala, bir qoca anam var evdə, o da ayağa qalxa bilmir. Ondan nəsə danışmasını istəsəniz də, bacarmayacaq. Qorxmazın şəkilləri çoxdur evdə. Amma ondan bir xəbər çıxanda gələrsiniz, verərik. İndi gözümüz yoldadır. Bir xəbər gözləyirik. Mənim ondan başqa heç kimim yoxdur" — deyən gözüyaşlı ata ümidini Allaha bağladığını bildirir. Qonşulardan biri deyir ki, İsbat kişinin həyatda ata-anasından başqa heç kimi qalmayıb: "İllər əvvəl İsbat kişinin övladları toydan qayıdanda qəzaya düşdülər. Toydan qayıdanda, İsbat kişinin 14 qohumu eyni maşında qəzaya düşmüşdü. Amma övladlarını itirdi. Həyat yoldaşından da çoxdan ayrılıb. İndi yaşlı ata-anası ilə birlikdə yaşayır. Anası heç kəsi tanımır, iflic olub, yataq xəstəsidir, atası da xəstə adamdır". Xatırladaq ki, "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisədə itkin düşən 10 neftçidən ikisinin cəsədi tapılıb. 

Read more: https://sputnik.az/life/20170220/409003269/itkin-neftcinin-atasi-heytada-hec-kimim-qalmadi.html
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube