•  – Azərbaycanla Türkiyə arasında yeni razılıq əldə olundu - Müdafiə sənayesi üzrə 
  •  – "Müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” - Baş prokurordan Saakaşvili AÇIQLAMASI 
  •  – Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA 
  •  – Baş nazir bu idarənin avtomobillərini əlindən aldı 

Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurma işləri yekunlaşır

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində Əli İsazadə küçəsinin (“Südçülük sovxozu” deyilən əraziyə gedən yol ) yenidən qurulması işləri yekunlaşmaq üzrədir.


"Azəravtoyol" ASC-dən Shefeq.az verilən məlumata görə, uzunluğu 4,5 km olan yolun ensiz olması avtonəqliyyat vasitələrinin xüsusən də payız-qış mövsümündə hərəkətində xeyli çətinliklər yaradırdı. Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib. 4 hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 1 metr enində ayrıcı zolaq da daxil olmaqla 15-17 metr təşkil edir. Yol boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1-2 metr enində piyada səkiləri tikilib. Axşam saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi də qurulacaq. Səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün zəruri olan bəzi yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb.


Yenidən qurma işləri çərçivəsində yoldan kommunikasiya xətləri kənara köçürülüb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib. Sonra yol əsasının inşası işləri aparılıb. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 80 min m2 əraziyə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. İşlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube