•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Telesteziya nədir- Zərinə Ulduz cavablandırır

Bu gün gizli elmlərlə maraqlananların diqqətinin cəlb edən mistiklərdən biri də məşhur Ekstrasens Medium Zərinə Ulduz – dur. Kimdir o ? Və onun digərlərindən fərqi nədədir ? Yəqin çoxlarına məlumdur ki Azərbaycanda 90 cı illərdə Ekstrasensorika universtiteti açılmışdı və onu da yaradan mərhum ekstrasens – parapsixoloq Etibar Erkin idi. O həmən Etibar Erkin idi ki eyni zamanda bu işə paralel olaraq “AMİN “ qəzetini təsis etmişdi... Zərinə xanım həmin o dahinin yetirmələrindəndir , hansı ki Etibar əfəndinin qətlindən sonra onun tələbələri , davamçıları , meydana çıxmırlar , heç onları axtarmaqla da tapmaq olmaz. Lakin onlar hamısı demək olar ki bu sahədə professional mütəxəssislərdir , medium, ekstrasensorika ,astralogiya hipnotologiya,parapsixalogiya,ve metafizika uzmanidir. axı onlar onun məktəbini keçiblər. Bu güm Zərinə xanım medium kimi öz fəaliyyətini Türkiyədə,israilde ve diger avropa asiya dovletlerinde davam etdirir , həm orda , həm burda çox papulyardır. O , vaxtaşırı öz proqnozları və dəyərli məlumatları ilə gündəmə gəlir ,bir cox gizli elmlerin və ümumiyyətlə Maqiya aləminin ustasıdır. Onun titul və vəzifələri : Metafizik parapsixoloq, astroloq,hipnotoloq, medium, ekstrasens araşdırma uzmanı və s.O həmişə Xeyirin Şərə qalib gələ bilməsini vurğulayır,ve xeyri shere galib getiren tek ilahi varligdir. Onu daha yaxından tanımaq üçün Etibar Erkinin istedad , bacarıq və fəaliyyətini işıqlandırmalıyıq 



- ETİBAR ERKİN KİM İDİ ?
- Onu 1999-cu ilin yanvarında, öz evində qətlə yetirdilər. Iki oğlu ilə birlikdə. Qətli “Ceyşullah” adlı kimsəyə bəlli olmayan bir dini sektanın üzərinə atıb, bir-iki nəfəri həbs etdilər… Etibar Erkin Azərbaycanın genofonduna daxil olan mükəmməl insanlardan idi. Ümidsizlərə ümid, xəstələrə şəfa, imansızlara iman təlqin edən parapsixoloq, həkim, filosof, müəllim, ziyalı idi…Parapsixoloq Şahsəddin Imanlının söylədikləri :Məşhur parapsixoloq, ekstrasens Etibar Erkin həmişə deyərdi ki, xalq çətin vəziyyətə düşəndə ulu babaların, müqəddəs insanların ruhu kimlərisə köməyə çağırır. Həmin insanlar arasında mənəvi liderlər yetişdirilir”. Azərbaycanda parapsixologiya elminin əsaslarını qoymağın vaxtı çatıb. Etibar Erkinin yaratdığı mərkəzdən heç nə qalmayıb. Parapsixologiya elminin tarixi çox qədimdir. Parapsixologiya insanlarda olan xəstəlikləri, min illərlə mövcud olmuş problemləri görür və çözür. Müalicə üsulunda gözəgörünməz enerjidən istifadə olunur…”90 cı illərdə Bakıda Etibar Erkinin yaratdığı məşhur Ekstrasenslər Ittifaqının qapısını minlərlə adam tanıyırdı. O deyirdi ki, “bu, bizim millətin ekstrasensual imkanları ilə fərqlənən insanlarının mərkəzləşdiyi, millətimiz üçün müsbət enerjilərin səfərbər edilməsinə görə yaradılan bir ocaqdır”. Etibar deyirdi ki, “ekstrasens fövqəladə duyum deməkdir, amma Allahı tanımayan, Onu sevməyən insanlar bu duyğunun kənarındadırlar…” . 1991-ci ildə tanınmış ekstrasens, mərhum Etibar Erkin Azərbaycan Xalq Biliciləri və Ekstrasensləri Ittifaqı yaratmışdı. Ittifaqın fəaliyyəti genişlənərək 1997-ci ildə Bədən Tərbiyəsi Institutunun nəzdində Parapsixologiya və Teologiya Institutunda təşəkkül tapsa da, ekstrasensin qətli bu istiqamətdə bütün işlərə son qoydu. 
- Azərbaycanda niyə öncəgörənlərin birliyi yaradılmır ? E.Erkin qətlə yetirildikdən sonra öncəgörənlər üzə çıxmağa, aktiv fəaliyyətlə məşğul olmağa ehtiyat edirlərmi?
- Hazırda E.Erkinin bir çox tələbəsi Azərbaycandan kənarda fəaliyyət göstərir, buna da səbəb onlara ölkəmizdə şəraitin yaradılmamasıdır. Etibar Erkindən sonra elə bir mütəxəssis olmadı ki, bu işi davam etdirsin. O, çox işlər görəcəkdi, amma onu qətlə yetirənlər buna imkan vermədi. Etibar Erkin astrologiyanın müxtəlif bölümləri, telepatiya, telekinez, rəqəmşünaslıqla bağlı Rusiyadan mütəxəssislər dəvət etmək niyyətində idi. Lakin onun bütün arzuları kimi bu ideyası da yarımçıq qaldı. Hazırda onun tələbələri Türkiyədə və Avropanın müxtəlif ölkələrində bu işlə məşğul olur. Çünki onların Azərbaycanda fəaliyyətinə şərait yaradılmır.

- Ekstrasenslər Ittifaqı nəyə lazımdır ?Ekstrasenslər hərəsi bir sahə üzrə ixtisaslaşırlar. Amerikalı Edqar Keys yeraltı metal, hətta qızıl yataqlarının kəşfində dövlət orqanlarına köməklik göstərmiş, əvəzində heç nə almamış, özünün müəllimlik maaşıyla kifayətlənmişdi. Dahi ekstrasenslər bu peşədən pul qazanmaq üçün istifadə etmirlər. Təmənna güdməməkdə Edqar Keysə bənzər bilici Azərbaycanda da vardı. Etibar Erkin idi o. Xəstələrdən biri sağalmağına görə təzə bir mənzilin açarlarını hədiyyə etmişdi ona, götürməmişdi. Azərbaycanın yeganə ən böyük bilicisi idi Etibar Erkin, iki oğlu ilə birlikdə qətlə yetirdilər onu. Bioenergetik-fitoterapevt, xalq təbabəti vasitəsilə bir sıra xəstəlikləri müalicə edən R.Cərullayevin söylədikləri :“Parapsixologiyadan anlayışı olmayanlar bilməlidirlər ki, ekstrasenslər fəlakətlə nəticələnən bir çox hadisələrin qarşısını ala bilərlər. Bunu sübut etmək üçün yüzlərlə deyil, minlərlə dəlil var. Bir vaxtlar mərhum Etibar Erkin 1990-cı il yanvarın ikinci yarısında Bakıda böyük faciələr olacağını proqnozlaşdırmışdı. Təəssüf ki, buna əhəmiyyət verən olmamışdı. Bilirsiz, dünya çapında ekstrasens fitri həssas adam kimi qəbul olunur. Hesab edirəm ki, dərin biliyi və elmi potensialı olan hər kəs bunu bacarar”.Yazıçı Əbülhəsən Ələkbərzadənin nəvəsinin söylədikləri :Etibar şəxsi münasibətləri sədaqət üzərində quran adam idi. Sədaqət və təmənnasız dostluq. Bizim günlərdə qıtlığı yaranan insani keyfiyyətlər. Dost ən ağır gün üçün dostdur. Uzaq 80-ci illər idi , “Gözümü dünyaya açandan evimizdə məşhur adamları görmüşəm – Ilyas Əfəndiyev, Elçin Əfəndiyev, Rəsul Rza, Nigar xanım… Bunlar babamın dostlarıydı. Atam Çingizin dostları isə fərqliydilər. Hər gün bizdəydilər, yemək-içmək. Atam tutulana qədər… Sonra heç birini görmədim. Bircə rəhmətlik Etibar Erkindən başqa (ona əmi deyirdik).
– Bəs hər şeyi öncə görən Etibar Erkin Çingizə bir şey deməmişdi?– Niyə deməmişdi? 
- Zəng eləmişdi ki, mən gəlincə evdən çıxma. O da çıxmaq istəmirdi, üzə düşüb getdi. Ümumiyyətlə, Etibar Çingizi çox bəlalardan qurtarıb. Onu da deyim ki, türməyə düşəndə hamı deyirdi, pul verin, qurtarsın. Ancaq Etibar dedi ki, onu türmədən heç nə qurtara bilməz”.Bir jurnalistin söylədikləri :“Azərbaycanın gələcəyi haqda”Ekstrasens Etibar Erkin , bu gün bizə məlum olan on iki aylı ulduz falından fərqli olan, gələcəkdən xəbər vermək üçün qurulmuş ayrı bir ulduz falından danışmışdı. Stolun üstünə sərdiyi iri kağızda karandaşla nələrisə çəkə-çəkə “balığ”ın quyruğunun nə vaxt “su”ya düşəcəyi, “əjdaha”nın nə vaxt “quru”dan çəkiləcəyi haqda indi xatırlaya bilmədiyim izahatlar vermişdi və başımın tükünü ayağa qaldıran bir fal söyləmişdi :“Azərbaycanın yerləşdiyi bu ərazidə beş yüz min (500000) il xoşbəxtlik gözlənilmir !”Allah ona və onunla birlikdə qətlə yetirilən o gül balalarına rəhmət eləsin ! Amin !Onu da qeyd edək ki rəhmətlik Etibarın övladları ilə birlikdə məzarı Bakı – Yasamal qəbirstanlığındadır və hrə il onun doğum günü və qətl günü dünyanın məşhur ekstrasensləri onu ziyarətə gəlirlər............İndi söhbətin əvvəlinə qayıda bilərik , medium Zərinə xanımın mistika ilə bağlı fikirləri ilə sizi tanış edək

 - Zərinə xanım, parapsixologiya elmi, paralsixologiya deyəndə nə nəzərdə tutulur ?
-  25 illik metafizik və parapsixoloji araşdırmalarıma əsasən deyə bilərəm ki Parapsixalogiya - şüur çərşivəsindən kənarda hiss, hiss- duyğu qabliyyəti və özəl bacarıq yolu ilə hadisələri araşdırmaq və qəbul etmək deməkdir.- Parapsixologiya hadisələrinin də qrupları varmı ?+ Bəli , bu hadisələr 4 qrupa ayrılır : 1) Parapsix hadisələr, 2) Parafizioloji hadisələr,3) Parafizik hadisələr və 4) Spirtuel hadisələr . Parapsix hadisələr hisslərdən kənar təcrübədir. Bu qrupa Telepatiya və Telesteziya hadisələri daxildir.

- Telepatiya barədə nə deyərdiz ?
-  Telepatiyanın növləri var : a) Saf telepatiya : Düşüncə emosiyası etmək və zehindəki düşüncələri oxumaq üzrə ikiyə ayrılar. Bir düşüncəni başqasına zehnən nəql etmək, ya da başqasının ağılından keçəni bilmək kimi.b) Müxtəlif telepatiya, əşya vasitəsiylə edilən telepatiya təcrübələridir. Parapsixik hadisələrin ikinci qrupuna, yəni telesteziyaya gəlincə, buna klervoyans, daxili duyğu da deyilir.İslamda, yəni qədim İslam okkult elmlərində buna mənəvi məlumat , kəşf deyilərdi. İslam dünyasında ixtisaslı şəxslər uzun illər metapsixik hadisələr üzərində çalışmışlar. Şərq dünyasında sehr, cadu, ruh çağırma, telesteziya, telepatiya kimi hadisələr üzərində dərin məlumat və ixtisası olan kəslər hələ o zamanlarda yetişmişdi. Böyük mutəsəvvif Hacı Məcid Əfəndi paranormal hadisələr barədə məlumatlar vermişdir.
- Bəs Telesteziya nədir ?
- Telesteziyanın növləri : a) Məkan içində telesteziya, kəşf, başqa bir yerdə cərəyan edən, ya da etmiş olan ya da edəcək bir hadisənin görülməsi.b) Psixometrik telesteziya, partnyorun əlinə verilən bir cisim vasitəsiylə bu cisimin sahibinin harada və kim olduğunu bilmək təcrübəsidir.c) Zaman içində telesteziya, bu da ya keçmişdə bir hadisənin olmuş olduğunu bilmək, ya da gələcəyə bağlı bir hadisəni əvvəldən bilməkdir.
- Parafizioloji hadisələr nədir?
- Parapsixologiyanın ikinci böyük qrupunu meydana gətirən parafizioloji hadisələr bədəndən çıxan axınlardır. Bunlar iki qismə bölünər. Bir qismi radyestezik hadisələrdir. İkinci qisimi, əldən, barmaqların ucundan maqnetik axınların gəlməsidir. Bu axınlar, sağlamlıq vermədə istifadə edilməkdədir. Parapsixologiya, bu kimi sağlamlıq vermələri telepatik təlqinlərə bağlanır.

- Bəs Parafizik hadisələr ?
-  Bu , üçüncü böyük qrupdur və öz içində ayrıca üç hissəyə ayrılır :a) Telekineziya: Cisimləri əl dəydirmədən uzaqdan hərəkət etdirmək təcrübəsidir. Buna, psixokineziya da deyilir. ABŞ - Duke Universitetində Professor Rhinenin pərdələr ilə etdiyi təcrübələr, bu kimi hadisələrin varlığını statistik üsullarla isbat etmişdir. Spirit masa təcrübələrində masanın hərəkəti, ya da otaq içində cisimlərin yer dəyişdirməsi telekineziya hadisəsidir.b) Teleplastiya: Partnyorun, ya da mediumun bədənindən ektoplazmik bir cisimin çıxaraq şəkil alması hadisəsidir. Bir qism araşdırıcılar, ektoplazmanın şəkil alışını, mediumun şüuraltı düşüncəsinə bağlamayırlar. Bir qismi də bunu ruhların materiyalizasiyası sanırlar. Yəni ruh, özünü mediumdan çıxan ektoplazma ilə maddələşdirərək görünür. Parapsixologiya, bu gün birinci görüşə, yəni mediumun şüuraltı təsəvvürünün ektoplazmaya şəkil verdiyi qənaətinə meyllidir. Lakin problem hələ tam işıqlanmayıb. Həqiqətən mediumun bilmədiyi, tanımadığı ruhi bir varlığın teleplastik bir şəkildə materializə olduğu da görünür.c) Fiziki xəbərlər : Bir kimsənin ölümü anında saatın dayanması, ya da şəkilin divardan düşməsi, bir stəkanın qırılması kimi hadisələrdir. 

- Siz Spirit hadisələr barədə oxucuların marağına görə qısaca nə deyərdiniz ?
- Sadladığım hadisələrin əhəmiyyətli bir qismi elmi baxımdan mövcuddur və təcrübə edilir. Psixologiya, qədim elmi ənənənin təsiri altında bədəndə müstəqil ruhların varlığı faktorunu hələ də qəbul edə bilmir. Hadisələrin çoxunu, telepatiyaya, telekineziyaya və telesteziyaya bağlayır.

- İndi ən maraq doğuran elm olan Parapsixologiya barədə daha nə söylərdiniz ?

- Parapsixologiya da bu gün iki üsul suverendir : Bunların biri hal, o birisi xüsusiyyət üsuludur. Hal üsulu - hadisələri statistik rəqəmlərlə yazar və təsbit edər, bir hadisəyə statistik sıxlığına görə düzgünlük dəyəri verər. Bu gün parapsixologiyanın daha çox bu istiqamətdə getdiyi görünür. Xüsusiyyət üsulu - statistika yoluyla getmədən hadisələri xüsusiyyətlərinə görə qeyd və təsbit etməkdə, görüşlər yığmaqda, hadisələrin doğruluğunu ətraflı araşdırr. Hər iki üsul, bu gün parapsixologiya sahəsindəki məlumatımızı artırmaq baxımından faydalıdır.Parapsixalogiya həm də ruhsal bir gücün maddə üzərindəki fiziki təsiridir. Hətta psixoanaliz ekolonun qurucusu məşhur Freyd deyirdi ki, əgər təkrar dünyaya gəlsəydim həyatımı psixoanaliz deyil, parapsixoloji araşdırmaya həsr edərdim.

Aysun Qurbanova
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube