•  – Rəhim Qazıyevdən Elçibəyə sui-qəsd ittihamına CAVAB: “Pənah Hüseyn özünü bu hökumətə sırımaq üçün...” 
  •  – Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! 
  •  – 11 min nəfərə ŞAD XƏBƏR - Prezident 7,8 milyon manat ayırdı 
  •  – Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər – Gürcü keşişlər ərazidən qovuldu – FOTOLAR 

Günəş yanıqlarından necə qorunmalı? - Həkimlər açıqladı

Kanadanın Albert universitetinin dəri-zöhrəvi həkimi Robert Qniatski günəş yanıqlarının qarşısını almağın və düzgün müalicə etməyin üsullarından danışıb.
Shefeq.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Medixalxpress" məlumat yayıb.
Həkim bildirib ki, günəş yanıqlarını limon, bitki yağı və süd məhsulları ilə müalicə etmək effektiv deyil və sağlamlıq üçün ziyandır. Qeyd edilir ki, ilk növbədə günəş yanığı olan yeri nəm əski ilə islatmaq lazımdır. Sonra isə krem çəkmək olar. Kanadalı ekspertin fikrinə əsasən, tərkibində hidrokortizon olan krem daha effektivdir. Bununla yanaşı, ibuprofen qəbul etmək və bol miqdarda su içmək lazımdır.
Qniatski vurğulayıb ki, uşaqlarda olan günəş yanığı daha təhlükəlidir. Əgər bu yanıq müalicə olunmasa dəriə ciddi ziyan vurur və 20-30 il sonra xərçəngə səbəb olur.
Həkim eyni zamanda məsləhət görüb ki, günəş altına çıxmadan əvvəl yerkökü, cəfəri və balıq əti yemək o qədər də məsləhət deyil. Çünki bu qidalar günəş şüalarına qarşı həssaslığı artırır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube